Tbilisidə şair İsa İsmayılzadənin 70 illiyi qeyd olunmuşdur
Tbilisi, 14 may (AZƏRTAC). Mayın 14-də Tbilisidə tanınmış şair İsa İsmayılzadənin anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbiri Azərbaycan Yazıçılar Birliyi Gürcüstan Bölməsinin rəhbəri Rafiq Hümbət açaraq cəmi 56 il ömür yaşamış Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra mükafatlar laureatı İsa İsmayılzadə poeziyasının özəlliklərindən söhbət açmışdır.
Natiq 11 kitab müəllifi İ.İsmayılzadənin saf, təvazökar insan olduğunu, poeziyasının özünəməxsusluğunu, Vətən sevgisini və digər insani keyfiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə tədbiri qonşu Gürcüstanda milli ruhumuzun, mədəniyyətimizin, adət-ənənəmizin təntənəsi adlandırmışdır.
Bildirilmişdir ki, İ.İsmayılzadə 1941-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulmuş, Azərbaycanda ali təhsil almış və yaradıcılıq fəaliyyətinə başlamışdır. İctimai-siyasi hadisələrə, insanın mənəvi dünyasına özünəməxsus baxışı ilə seçilən şair oxucuların dərin sevgisini qazanmışdır.
Ş.Mehdizadə demişdir ki, İ.İsmayılzadə totalitar sovet rejiminə qarşı sözün gücündən istifadə etməsi ilə də seçilmişdir.
Professor Mahmud Kamaloğlu və Gürcüstan Aşıqlar Birliyinin rəhbəri Osman Əhmədoğlu görkəmli şair İ.İsmayılzadənin yaradıcılığından söhbət açmışlar.
Tədbirdə Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov və başqaları iştirak etmişlər.
Şairin oğlu Araz İsmayılzadə atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]