TBİLİSİNİN QƏHRƏMANLAR MEYDANINDA GÜCLÜ PARTLAYIŞ BAŞ VERMİŞDİR
Xoşbəxtlikdən, hadisə nəticəsində tələfat və yaralananlar olmamışdır. Mütəxəssislər hadisə yerini nəzərdən keçirərkən üzərində “təcili” sözü yazılmış və Prezident Mixail Saakaşviliyə ünvanlanmış məktub tapmışlar. Məktub “nusxuri” - qədim gürcü əlifbası ilə yazılmışdır.
Xatırladaq ki, “nusxuri” əlifbasından IX-XI əsrlərdə, əsasən, kilsə ədəbiyyatında istifadə edilirdi.