TDT-yə üzv ölkələrin nümayəndələri İstanbulda siyasi məsləhətləşmələr aparıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
Türkiyənin dəvəti ilə İstanbulda bir araya gələn Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri çoxtərəfli siyasi məsləhətləşmələr aparıblar.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan xarici işlər nazirlərinin müavinləri ilə yanaşı, TDT-nin müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyəti (KKTC), Macarıstan və Türkmənistandan olan nümayəndələr də iştirak ediblər.
Görüşlər zamanı bu ilin noyabrında Qazaxıstanın ev sahibliyi ilə Astanada keçiriləcək TDT-nin 10-cu Sammitinə hazırlıq, təşkilatın gündəliyində duran əməkdaşlıq məsələləri, TDT-nin gücləndirilməsi ilə bağlı işlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində sentyabrın 22-də Nyu-Yorkdakı Türk evində keçirilən TDT Xarici İşlər Nazirləri Toplantısında müzakirə olunan məsələlər də diqqət mərkəzində olub.
Tədbir iştirakçıları terrorla mübarizədə Türkiyəni, Qarabağ məsələsində isə Azərbaycanı dəstəklədiklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]