“TeamGym” üzrə Avropa çempionatı ilk dəfə Bakıda keçiriləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Gələn il oktyabrın 16-19-da Bakı “TeamGym” üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu barədə qərar Avropa Gimnastikasının Lozannadakı baş qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bu, ölkəmizin “TeamGym” üzrə ev sahibliyi edəcəyi ilk Avropa çempionatı olacaq.
Bu gimnastika növü ölkəmizdə 2018-ci ildən inkişaf etdirilir. Yığma komandamızın “TeamGym” üzrə Portuqaliyada keçirilən Avropa çempionatına ilk dəfə qatılması ilə “TeamGym” gimnastika növü rəsmi olaraq AGF-nin fəaliyyətinə daxil olub.
Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasına aid qeyri-Olimpiya növü olan komanda yarışıdır. Buraya 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]