TEATR YENİ MÖVSÜMƏ HAZIRDIR
Gələn ay isə teatr həvəskarları yeni tamaşaya – R.Baerin pyesi əsasında xalq artisti Aleksandr Şarovskinin səhnələşdirdiyi “Qarışıq hisslər” tamaşasına baxa biləcəklər. Əsas rolları xalq artistləri Lyudmila Duxovnaya və Fuad Poladov oynayacaqlar.
Rejissor İranə Tağızadə tezliklə T.Uilyamsın “Arzu” tramvayı” pyesinin tamaşası üzərində işə başlayacaqdır. Balacalar da yaddan çıxmayıblar. Məktəblilərin tətilində teatr onları İ.Tağızadənin quruluşunda “Gözəl Vasilisa” tamaşası ilə sevindirəcəkdir. Yeni il ərəfəsində isə A.Şarovskinin və Q.Qusevanın rəhbərliyi ilə teatrın dram studiyası “Qar kraliçası” nağıl-tamaşasını göstərəcəkdir.
Bu mövsümdə əməkdar artist Boris Lukinskinin quruluşunda A.Slapovskinin “Hamı kimi deyil” pyesinin tamaşası da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]