TƏBİB Gəncədə yol-nəqliyyat hadisəsi zamanı yaralananların vəziyyəti ilə bağlı açıqlama verib
Gəncə, 10 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində dünən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində saat 20:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 8 nəfər (7 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan yaralılara Akademik Z.Məmmədov adına xəstəxananın və A.Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin (qadın) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:26]
Lənkəranda şəlalədə batan şəxsin axtarışlarına başlanılıb
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:45]
Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur
- 12.06.2026 [16:25]