Təbiət fənninin dərslik komplekti pilot sınağına təqdim olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən 2021/2022-ci tədris ilində ilk dəfə tədris olunacaq V siniflər üçün təbiət fənninin dərslik komplekti hazırlanıb və pilot sınağına təqdim edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslik komplektinin hazırlanmasına 11 yerli mütəxəssis cəlb olunub. Müəlliflər üçün Sinqapurun “Alston” nəşriyyat evi tərəfindən bir sıra təlimlər keçirilib. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılıb, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınıb. Eyni zamanda, dərslik komplektində fəaliyyət əsaslı təlimə önəm verilib. Dərslik komplektinə dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait daxildir.
Dərslik komplekti 2021/2022-ci tədris ilində respublika üzrə 132 sinifdə sınaqdan keçiriləcək. Təhsil İnstitutu tərəfindən həmin siniflərdə dərs deyən müəllimlər üçün təlimlər təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]