Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinatlar alıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinatlar alıb.
Azərbaycan Həndbol Federasiyasının (EHF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsgəndər Əsgərov əvvəlcə qadınlardan ibarət klubların Federasiyanın Avropa Liqası kuboku uğrunda turnirinin ikinci təsnifat mərhələsində Türkiyənin “Yalıkavakspor” və Danimarkanın “Nükobinq Falster” komandalarının görüşündə AHF-nın nümayəndəsi olacaq.
Sözügedən qarşılaşma oktyabrın 9-da Türkiyənin Bodrum şəhərinin “Binnaz Karakaya” idman sarayında keçiriləcək.
Ardınca isə İsgəndər Əsgərov kişi həndbolçuların 2024-cü il Avropa çempionatının ikinci təsnifat mərhələsinin Türkiyə - Şimali Makedoniya matçına təyinat alıb. O, oktyabrın 16-da Van şəhərində keçiriləcək oyunda da AHF nümayəndəsi olacaq.
Qeyd edək ki, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyan İsgəndər Əsgərov, 2010-cu ildən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]