Təhsil Nazirliyində vətəndaşların videoqəbulu davam etdirilir
Bakı, 6 aprel, AZƏRTAC
Pandemiya şəraiti ilə əlaqədar olaraq, fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoformatda həyata keçirilir. Bu müddət ərzində 100-ə yaxın vətəndaş videoqəbulda iştirak edib. Onların müraciətlərinin bir qismi operativ olaraq yerində həllini tapıb, digər müraciətlərlə bağlı məsələlərin həlli üzrə isə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videoqəbulların təşkilində əsas məqsəd pandemiya şəraitində vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək, vətəndaşların qəbulu sahəsində əlçatanlığı təmin etmək və vətəndaş məmnuniyyətini artırmaqdır.
Nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək videoqəbula yazılmaq olar.
Qeyd edək ki, Nazirlər Kabinetinin ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 1-dək fəaliyyətini dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]