TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ SƏDRİ BRİFİNQ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilmişdir.
TQDK-nın sədri Məleykə Abbaszadə 2008-2009-cu tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə avqustun 21-də qəbul imtahanı keçiriləcəyini bildirmişdir.
Bu il əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 9 min 452 plan yerinə 23 min 277 abituriyent sənəd vermişdir. Qeyd olunan təhsil bazasından 89 ixtisas üzrə 47 orta ixtisas məktəbinə tələbə qəbulu aparılacaqdır.
Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində keçiriləcəkdir.
Bakıda 10162, Sumqayıtda 1935, Naxçıvanda 659, Gəncədə 2868, Lənkəranda 1364, Mingəçevirdə 1344, Şəkidə 958, Şirvanda 1577, Qubada 904, Göyçayda 1506 abituriyent imtahan verəcəkdir.
TQDK-nın sədri avqustun 15-də ali məktəblərin boş qalan plan yerləri və 11 illik təhsil bazasından orta ixtisas məktəblərinin müsabiqəsi üzrə internet vasitəsilə ixtisas seçiminin başa çatdığını da nəzərə çarpdırmışdır.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]