TƏLƏBƏLƏR ARASINDA FUTBOL ÜZRƏ BİRİNCİ RESPUBLİKA ÇEMPİONATININ PÜŞKÜ ATILMIŞDIR
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, aprelin 8-də qurumun inzibati binasında universitet tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş futbol üzrə birinci respublika çempionatının püşkatma mərasimi keçirilmişdir.
Çempionatının keçirilməsindən əsas məqsəd ölkəmizdə futbolun kütləviliyinin təmin olunmasıdır.
Püşkatmanın gedişində komandaların adını səbətdən milli komandanın kapitanı Rəşad Sadıqov çıxarırdı.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, əvvəllər belə bir yarış Azərbaycanda keçirilmişdir. Lakin, müəyyən səbəblərə görə bu turnir dayandırıldı. Təhsil naziri Misir Mərdanov və AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən imzalanmış sərəncama əsasən, tələbələr arasında bu ənənə yenidən bərpa olunmuşdur.
Turnirdə 8 qrupda 32 komanda mübarizə aparır. Naxçıvan və Lənkəran Dövlət Universitetləri yarışa səkkizdəbir final mərhələsindən qoşulacaqlar.
Aprelin 18-də “Şəfa” stadionunda turnirin açılış mərasimi keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]