Tələbələr Ədəbiyyat Muzeyində təcrübə keçiblər
Bakı, 19 mart, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin filologiya (Türk dili və ədəbiyyatı) və regionşünaslıq (İran) ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alan IV kurs tələbələrinə təcrübə məqsədilə növbəti seminar mövzusu təqdim edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, seminarda Ədəbi salnamə, bədii-sənədli kinoxronikalar şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənovanın “Elmi məqalələrin tərtibi qaydaları” mövzusunda məruzəsi dinlənilib. Məqalələrin tərtibi qaydalarından söz açan məruzəçi elmi-tədqiqat işlərinin ərsəyə gəlməsində bu mərhələnin vacibliyini diqqətə çatdırıb. Həmçinin məqalənin hazırlanması prosesində müstəqil elmi informasiyanın axtarış yolları, sistemləşdirilməsi, tələb olunan ədəbiyyatların təsviri qaydaları haqqında ətraflı məlumat verilib.
Sonda Gülsəba Həsənova tələbələrin suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]