Tələbələr narkomaniyaya qarşı mübarizə mövzusunda film çəkirlər
Bakı, 26 aprel, AZƏRTAC
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin videoçəkilişi üzrə operator qrupunda təhsilalanlar tələbə-tədris filminin çəkilişinə start veriblər.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, film mərkəzin texniki bazasındakı avadanlıqlardan istifadə edilərək çəkilir. Təhsil müəssisəsinin səs və qrim qrupu da filmin çəkilişlərində iştirak edir.
Videoçəkilişi üzrə operator qrupunun tələbələrinin kurs işi olan film narkomaniyaya qarşı mübarizə mövzusundadır.