Azərbaycan Dövlət İnformasiya Agentliyi

“TELEVİZİYA MUĞAM MÜSABİQƏSİ-2005”-Ə YEKUN VURULDU

AZƏRTAC xəbər verir ki, iyunun 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmiş və “Space” televiziyasının keçirdiyi “Televiziya muğam müsabiqəsi-2005”in finalçılarının yekun konserti olmuşdur.

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müsabiqə iştirakçılarına müraciətini Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxudu. Müraciətdə deyilir:

“Hörmətli Muğam müsabiqəsinin iştirakçıları!

Azərbaycan milli musiqisinin incilərindən olan muğamın qorunması, inkişaf etdirilməsi və təbliği, muğamın gözəlliyinin, onun dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Təsadüfi deyil ki, ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli mənəvi dəyərlərimizin, o cümlədən muğamlarımızın qorunması və təbliği ilə bağlıdır.

Son iki ildə bu sahədə uğurlu addımlar atılmış, muğamın təbliği ilə bağlı, görüşlər, muğam axşamları keçirilmiş, “Muğam-İrs” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə buraxılmışdır. Ötən ilin avqust ayında isə YUNESKO-nun dəstəyi ilə dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.

Fondun təşəbbüsü ilə muğam sənətinin tanınmış ifaçılarının iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili bütün sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıqla qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Ürəkaçan haldır ki, gənc xanəndələrimiz də bu işə öz töhfəsini verirlər.

Bir neçə ay davam edən “Muğam müsabiqəsi–2005” artıq sona yetir. Bu müddət ərzində gənc iştirakçılar uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazandılar, muğam sənətinin gözəlliyi bir daha nümayiş olundu.

Müsabiqənin bu əlamətdar, sonuncu günündə bütün iştirakçıları ürəkdən təbrik edir, hər birinə uğur və qələbə sevinci arzulayıram. Ümid edirəm ki, bundan sonra da siz qədim muğam sənətinin yaşaması və çiçəklənməsi üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Hörmətlə,

Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti”.

Xatırladaq ki, müsabiqə başlanmazdan xeyli əvvəl, 2005-ci il fevralın 2-də Mehriban xanım respublikamızın adlı-sanlı muğam ustalarını Heydər Əliyev Fonduna dəvət edərək, qədim muğam sənətimizin qorunub-saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi naminə çox dəyərli layihələr irəli sürmüşdür.

“Space” Müstəqil Teleradio Şirkəti də bu təşəbbüsə qoşularaq, Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam televiziya müsabiqəsi keçirməyi qərara almışdır. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı dinləmiş və onların içərisindən 20 iştirakçı seçmişlər. Noyabr ayının 21-dən başlanmış müsabiqənin gedişi birbaşa efirdə 100 saatdan artıq yayımlanmışdır.

Final mərhələsinə çıxan ifaçıların iştirakı ilə Şamaxıda, Lənkəranda, Qəbələdə, Gəncədə, Yevlaxda, Sumqayıtda, Abşeron və Əzizbəyov rayonlarında konsertlər təşkil olunmuşdur.

Yekun konsertində Babək Niftəliyev, Vəfa Orucova, İlkin Əhmədov, Təyyar Bayramov, Qoçaq Əsgərov, Elnur Zeynalov, Elşad Aydınoğlu, Pərvaz İbrahimli, Zülfiyyə Məmmədova, Aytən Məhərrəmova, Bəyimxanım Mirzəyeva, Gülnar İsayeva, habelə müsabiqənin əvvəlki iştirakçıları çıxış etdilər.

Müsabiqə boyu gənc ifaçıları müşayiət etmiş, onların çıxışlarının hazırlanmasında böyük əməyi olan istedadlı musiqiçilərin - “Humay” mükafatı laureatları, tarzən Elçin Həşimov və kamançaçalan Elnur Əhmədovun, habelə nağaraçalan Kamran Kərimovun xidmətləri xüsusi vurğulanmalıdır.

İştirakçıların seçilməsində, onlara yol göstərilməsində, ifalarının obyektiv və peşəkarlıqla qiymətləndirilməsində münsiflər heyətinin üzvləri - xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Quliyev, Mənsum İbrahimov və Möhlət Müslümovun, əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabovun, şair, füzulişünas Həkim Qəninin və muğam televiziya müsabiqəsinin layihə müəllifi Nadir Axundovun əvəzsiz əməyi olmuşdur.

Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Bayramov Təyyar 1-ci, Əhmədov İlkin 2-ci, Niftəliyev Babək 3-cü yerə layiq görüldülər. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, mükafatlar, müvafiq olaraq 2000, 1500 və 1000 manatlıq çeklər təqdim olundu.

Qalan 9 nəfər iştirakçı diplomlara və hər biri 500 manat pul mükafatına layiq görüldülər.

Müsabiqənin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşkilatçılar adından bir daha dərin minnətdarlıq bildirildi.

İlk televiziya muğam müsabiqəsinin qaliblərinə və diplomantlarına gələcək sənət yollarında uğurlar diləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir!

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib