Tərtərdə keçirilən ağacəkmə aksiyasında 200 ədəd Eldar şamı əkilib
Tərtər, 6 may, AZƏRTAC
Tərtər şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Heydər Əliyev prospektində 200 ədəd Eldar şamı ağacı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Müxbir – Tahir Ağaməmmədov