Tərtərdə keçirilən ağacəkmə aksiyasında Eldar şamı əkilib
Tərtər, 25 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nda 130 ədəd Eldar şamı əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.