“Tesla” pilotsuz avtomobillərini şəhər şəraitində sınaqdan keçirir
Bakı, 29 may, AZƏRTAC
Amerikalı sahibkar İlon Maskın “Tesla” şirkəti bir neçə gündür ki, pilotsuz “Model Y” avtomobillərini Texas ştatının Ostin şəhərində sınaqdan keçirir.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, zavoddan müştəriyə ilk “öz-özünə çatdırılma” xidməti iyun ayında baş tutacaq.
“Bir neçə gündür ki, “Tesla” Ostində real şəhər şəraitində “Model Y” pilotsuz avtomobillərini sınaqdan keçirir. Sınaqlar uğurla davam edir. Zavoddan birbaşa müştəriyə ilk “öz-özünə çatdırılma” xidməti gələn ay baş tutacaq”, - deyə İlon Mask özünün sosial media hesabında yazıb.
“Newsweek” jurnalın məlumatına görə, İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsini tərk etdikdən sonra bütün diqqətini yenidən “Tesla”, “SpaceX” və “X” şirkətlərinə ayıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]