Test imtahanlarının nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərəcək
Bakı, 20 fevral, AZƏRTAC
İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanlarının nəticələri ilə bağlı Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, komissiya fevralın 22-dən 24-nə kimi saat 14:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında müraciətlərə baxacaq.
Xatırladaq ki, DİM tərəfindən fevralın 19-da dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid qruplar üzrə test imtahanları keçirilib. İmtahanlarda ümumilikdə 732 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]