Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: Holokostdan əvvəl yəhudilərin ilk kütləvi qırğını

“The Jerusalem Post”: Holokostdan əvvəl yəhudilərin ilk kütləvi qırğını

Bakı, 8 may, AZƏRTAC

XX əsrin əvvəlində Qafqazda radikal sosial-siyasi proseslər gedirdi. Birinci Dünya müharibəsi bu regionun tarixində dərin iz qoyub. Dünya müharibəsinə hazır olmayan Rusiya həm insan resursları, həm də maddi resurslar baxımından çox böyük itkilər verdi. Sosial-siyasi kollapsa qədəm qoyan Romanovlar Rusiyası süqut etdi. Rusiyada mütləqiyyətin süqutundan sonra Qafqaz sosial-siyasi proseslərin yeni mərhələsinə qədəm qoydu. Bu tarixi dövrdə Birinci Dünya müharibəsi ilə bağlı çətinliklər Azərbaycan quberniyalarında da özünü göstərirdi.

AZƏRTAC xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva və beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Holokostdan əvvəl yəhudilərin ilk kütləvi qırğını” sərlövhəli məqalədə bu məsələlərdən bəhs edirlər.

Məqalə müəllifləri qeyd edirlər ki, “erməni məsələsi” konturları üzrə hərəkət edən erməni millətçiləri mifik “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə hələ XIX əsrin sonlarında Şərqi Anadoluda ermənilərin çıxışlarını təşkil etdilər, lakin burada məqsədlərinə çata bilməyib öz miflərini Qafqaza yönəltdilər.

Məqalə müəllifləri vurğulayırlar: “Onlar XX əsrin əvvəlində erməni Qriqorian Kilsəsinin əmlakını müsadirə etməklə özlərinin əsl sifətini göstərdilər, Qafqaz administrasiyasının yüksəkvəzifəli məmurlarına qarşı terror aktları törətdilər. Məsələn, 1903-cü ilin payızında daşnakların törətdiyi terror aktı nəticəsində knyaz Qriqori Qolitsın yaralandı, 1905-ci ilin mayında isə Bakı qubernatoru Mixail Nakaşidze qətlə yetirildi.

Erməni millətçilər, xüsusən daşnaklar şər və ölüm daşıyıcılarına çevrilərək Birinci Dünya müharibəsi illərində öz əməllərini “erməni məsələsi” - Osmanlı İmperiyasının altı vilayətində “böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmağa yönəldirlər. Bu illər ərzində erməni silahlı dəstələri Şərqi Anadoluda, Qafqazda və Orta Asiyada yerli sakinlərə nifrət bəslədiklərini gizlətmədən, dəhşətli cinayətlər törədirdilər. Onlar bu geniş arealda qadınları, uşaqları və qocaları kütləvi şəkildə məhv edirdilər”.

Məhsəti Əliyeva və Arye Qutun fikrincə, ermənilər Qafqaz cəbhəsində hərbi əməliyyatlar zamanı öz mifik planlarını reallaşdıra bilməyiblər. Məqalə müəllifləri yazırlar: “Erməni millətçilərin sürüşkən təbiəti həm Rusiya generallarını, həm də Qərb ölkələrinin hakim dairələrini ehtiyatlı olmağa məcbur edir, onlar bu ermənilərin terrorçu ruhunu görürdülər. Oktyabr çevrilişindən sonra separatçı ermənilər “erməni məsələsi”nin həllində istər Rusiya imperiyasına, istərsə də Antanta ölkələrinin hakim dairələrinə ümidlərini üzərək regiondakı yeni siyasi qüvvələrdən istifadə etməyi qərara aldılar. Daşnaklar “böyük Ermənistan” yaradılması üçün əraziləri təmizləmək məqsədilə Zaqafqaziya Komissarlığı (11 noyabr 1917 - yanvar, 1918) ilə əlbir olaraq Cənubi Qafqaza göz dikir və bu regionda yeni cinayət - Azərbaycan xalqına qarşı soyqırımı törətməyə hazırlaşırdılar. Bunun üçün onlar regiondakı bütün erməni əhalini silahlandırmaq planı hazırlamışdılar. Belə ki, Zaqafqaziya Komissarlığının göstərişi ilə Tiflisdəki silah anbarlarından erməni kəndlərinə və erməni bandit dəstələrinin toplaşdığı cəmiyyətlərə qatar-qatar tüfəng və patron göndərilirdi. Artıq 1917-ci ilin axırlarında bu dəstələr Yelizavetpol və İrəvan quberniyalarının qəzalarında azərbaycanlıları qarət edir və öldürürdü, halbuki müsəlmanlara silah verilməsindən imtina edirdilər”.

Məqalə müəlliflərinin sözlərinə görə, bolşeviklər həmin dövrdə öz sosial bazasını genişləndirməyə çalışaraq əsas diqqəti “erməni məsələsi” üzərində cəmləşdirir, ermənilər tərəfindən qarətlər və zorakılıq törədilməsinə şərait yaradırdılar.

Arye Qut və Məhsəti Əliyeva yazırlar: “Bakı quberniyasında daşnakların vəhşiliklərinin ideya rəhbəri daşnak-qnçak dəstəsinin əlaltısı Stepan Şaumyan idi. Şaumyan və onun bandası regionda sovet hakimiyyəti qurulması barədə tezis irəli sürərək 1918-ci ilin baharında və yayında Bakı şəhərində və Bakı quberniyasının qəzalarında 12 minə yaxın azərbaycanlıya qarşı soyqırımı törətdilər. Öz cinayətlərinə görə çəkinməyən Şaumyan Bakı soyqırımından sonra mart qırğınından salamat qalanlara açıq-aşkar deyirdi: “Sizin hamınızı qırmaq lazım idi”.

Daşnakların həmin dövrdə Şamaxı və Quba qəzalarında azərbaycanlılara qarşı törətdiyi cinayətlər xüsusi qəddarlığı ilə seçilirdi. Erməni bandit dəstələri başkəsən daşnaklar Stepan Lalayanın və Tatevos Əmiryanın göstərişi ilə Şamaxı qəzasında 16 mindən çox dinc sakini məhv etmişdi. Şamaxı qəzasında ermənilərin törətdiyi vəhşiliklər o dərəcədə dəhşətli idi ki, Bakı Soveti Lalayanın törətdiyi cinayətlərə görə həbs olunmasını qərara aldı, lakin Şaumyan bu təhlükəli cinayətkarı müdafiə edərək onun həbsdən azad edilməsinə nail oldu. Daşnak bandit dəstələri Quba qəzasında da analoji vəhşiliklər törədirdi, orada daşnak Hamazasp özbaşınalıq edirdi.

Məqalə müəlliflərinin fikrincə, Qubada qanlı hadisələr yerli əhalinin müxtəlifliyi ilə fərqlənən bu qəzaya Hamazaspın dəstələrinin soxulmasından əvvəl başlanıb.

İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifləri yazırlar: “Lap əvvəldən Azərbaycanın “etnoqrafik muzeyi”nin bir guşəsi kimi məşhur olan Quba özünün polikonfessional və polietnik əhalisi ilə fərqlənirdi. Burada türk-azərbaycanlılar, ləzgilər, dağ yəhudiləri, Şahdağ qrupunun nümayəndələri - xınalıqlılar, qırızlar, buduqlar və digər etnik qrupların nümayəndələri mehriban şəraitdə birgə yaşayırdılar. Qubalılar öz qüvvələrini sıx birləşdirərək daşnak silahlı dəstələrinə qarşı çıxış etdilər, Muradyanın dəstəsini darmadağın etdilər.

Qubada baş verən hadisələr Şaumyanın və onun kampaniyasının planlarını pozdu. Qərara alındı ki, qubalılar nümayiş etdirdiyi mərdliyə və mətinliyə görə cəzalandırılmalıdır. Bu məqsədlə Hamazaspın cəza dəstəsi Qubaya göndərildi, həmin dəstə şəhərə daxil olana qədər Quba qəzasında qarşısına çıxan hər kəsi və hər şeyi məhv edir, yandırır, qocaları, qadınları və uşaqları xüsusi qəddarlıqla qırırdı. Hamazasp bu qəzanın sakinlərinə nifrət bəsləməsini belə izah edirdi: “Mən əslən Ərzurumdanam və uzun müddət türklərə qarşı mübarizə aparmışam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərini müdafiə edirəm. Mən öz dəstəmlə bərabər burada öz hakimiyyətimi qurmağa hazırlaşmıram. Məni buraya Muradyanın darmadağın edilmiş dəstəsinin qisasını almağa göndəriblər və mənə əmr edilib ki, Şamaxıda olduğu kimi burada da dənizdən Şahdağa qədər bütün müsəlmanlar qılıncdan keçirilsin”.

1918-ci ilin ilk beş ayı ərzində ermənilər tərəfindən silahlı hücum nəticəsində Quba rayonunda 16 mindən çox insan xüsusi qəddarlıqla öldürüldü, 167 kənd dağıdıldı, hazırda həmin kəndlərdən 35-i artıq mövcud deyil. 1918-ci ilin mayın ilk iki günü ərzində Quba şəhərində və Quba qəzasının kəndlərində Hamazaspın başkəsənləri tərəfindən 1700 türk-azərbaycanlı, 1200 ləzgi və 300-dən çox tat öldürüldü. Sənədlərə və şahidlərin xatirələrinə əsasən, Quba qəzasında erməni quldur dəstələrinin törətdiyi vəhşiliklər nəticəsində müsəlmanlarla yanaşı, 3000-ə qədər dağ yəhudisi də həlak olub. Soyqırımı ərəfəsində Quba qəzasında 15.036 dağ yəhudisinin qeydə alınmış olduğunu nəzərə alsaq, məlum olur ki, həmin dağ yəhudilərinin 20 faizi soyqırımı nəticəsində fiziki olaraq məhv edilmişdi”.

Məhsəti Əliyeva və Arye Qutun məqaləsində professor Rövşən Mustafayevin bu cinayətlərdən bəhs edilən araşdırmalarına istinadla göstərilir ki, Xəlil Xasməmmədovun sədrliyi ilə Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış materiallar heç bir təqsiri olmadığı halda qətlə yetirilmiş yəhudilərin adlarını tapmağa imkan verir. XX əsrin əvvəlində faciəli günlər görmüş bu xalqın nümayəndələrinin şəxsi arxivlərində saxlanılan mötəbər faktiki materiallar da daşnak bandit dəstələrinin dağ yəhudilərinə qarşı törətdiyi cinayətləri təsdiq edir. Məsələn, fərdi təqaüdçü Yakov İliç Abramovun arxivində saxlanılan qiymətli materiallar 1918-ci ilin mayında ermənilərin mifik ideyasını - Qafqazda heç vaxt mövcud olmamış “böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaq məqsədilə Hamazaspın başkəsənləri tərəfindən Quba qəzasının yəhudilərinə qarşı törədilmiş cinayətkar əməllərə aid sübutlardır.

Stalinizm dövründə ölkədə hökm sürən avtoritar-totalitar rejim zamanı bu qiymətli dəlillər möcüzə sayəsində xilas edilib. Yuxarıda göstərilən faktiki materiallar Şimi köçəkliyində daşnak Hamazaspın qanlı cinayətlərinin lal şahidləridir. Hamazaspın başkəsənləri orada Quba yəhudilərini kütləvi şəkildə güllələyirdilər. Bu hadisəni Holokostdan əvvəl yəhudilərin birinci kütləvi qırğını adlandırmaq olar. Azərbaycan Respublikasında fəaliyyət göstərən yəhudi icmasının sərəncamında olan faktlar 1918-1919-cu illərdə millətçi erməni dəstələri tərəfindən dağ yəhudilərinin kütləvi şəkildə qırılmasını sübut edir”.

Arye Qut və Məhsəti Əliyeva qeyd edirlər ki, yəhudi icması Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutuna ünvanlanmış müraciətdə Quba qəzasının dinc əhalisinə qarşı soyqırımı törətmiş Hamazaspın bandit dəstələrinin vəhşilikləri ifşa edərək göstərirdi: “Soyqırımı gedişində Hamazaspın başkəsənləri yəhudiləri yalnız ermənilərə mənsub olmadıqlarına görə məhv edirdilər”.

Soyqırımı qurbanların Hüquq və İnsan Haqları İnstitutu tərəfindən aşkar edilmiş siyahısında 104 soyad var. Bu siyahı 1918-ci ildə mifik “böyük Ermənistan” ideyası naminə Quba qəzasında özbaşınalıqlar və qanlı cinayətlər törətmiş daşnaklara ittihamnamədir.

Ermənilər bu mifik ideyanı reallaşdırmaq məqsədilə dinc sakinləri - qocaları, qadınları, uşaqları məhv edirdi. 1918-ci ilin yayında və payızında daşnak Andranik Zəngəzurda bu diyarın yerli əhalisi olan azərbaycanlılara qarşı soyqırımı törətdi. Andranik ölkədən qovulandan sonra Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda “etnik təmizləmə” aparmış daşnaklar Qaregin Njde və Dro ləqəbli Drastamat Kanoyan Zəngəzurda talanları davam etdirdilər, oranın yerli sakinlərini qırdılar.

Bu gün Ermənistan Respublikasının rəhbərliyi daşnak cəlladlar Andranik, Dro və Njdeni “qəhrəmanlar” kimi qələmə verir. İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası tərəfdə xidmət etmiş sonuncu iki daşnak, heç bir günahı olmayan dinc insanları məhv edərək Ukraynada, Krımda, Şimali Qafqazda kollaborasionist dəstələr təşkil edir, dinc sakinləri yalnız bu cəlladların irqçi ideyalarına qulluq etmədiklərinə görə məhv edirdilər. Ermənistan Respublikasının rəhbərliyi indi bu cəlladları tərifləyərək “xalq qəhrəmanları” kimi qələmə verməklə özünün irqçilik və nasizm tərəfdarı olmasını gizlətmir. Monoetnik ölkəyə çevrilmiş Ermənistan Respublikasında nasist canilərə rəsmi səviyyədə ehtiram bildirilir. XX əsrin sonunda Ermənistanda “etnik təmizləmə”dən sonra hakimiyyətə gəlmiş millətçi qüvvələr 1992-ci il martın 30-da irqçi və faşist Almaniyasının əlaltısı Njdeyə bəraət verməklə nasizmin və faşizmin qarşısında baş əydiklərini gizlətmədilər.

2016-cı il mayın 25-də Ermənistan Respublikasının hakim yuxarı dairələri faşizmin erməni modeli olan “seqakronizm”i əbədiləşdirmək məqsədilə ölkə paytaxtının mərkəzində cəllad Njdeyə abidə qoymaqla özünün faşist-millətçi neosiyasi təmayülünü nümayiş etdirdi. Ermənistanın hakim partiyasının ideologiyası budur, böyüməkdə olan nəsil bu ideologiya əsasında tərbiyə edilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH