TISBAĞA BALALARI RESTORANIN “QONAĞI” OLMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kalabr dənizindəki çimərliklərin birində yumurtadan yeni çıxmış 60 tısbağa balası dənizə deyil, restorana üz tutmuşlar. Bu fağır heyvanları görən müştərilər təşvişə düşmüş və sahil nəzarətçilərini çağırmışlar. Onlar restoranın balaca “qonaqlar”ını tutub suya buraxmışlar. Mütəxəssislərin fikrincə, tısbağa balalarının yolu azmasına restoranda yanan işıqlar səbəb olmuşdur.