“Tomas” yanğını Kaliforniyada 900 binanı külə döndərib VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında demək olar ki, min kvadrat kilometr ərazini əhatə edən və “Tomas” adı verilən meşə yanğınları nəticəsində azı 900 bina məhv olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, onlardan təxminən 700-ü yaşayış binasıdır. Artıq 10 gündür ki, ştatda tüğyan edən yanğınlar ümumilikdə 18 min tikiliyə təhlükə törədir. Təbii fəlakətlə mübarizəyə 8 minə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub.
Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp bölgədə fövqəladə vəziyyət rejimi elan edib, həmçinin federal agentlikləri meşə yanğınları ilə mübarizəyə çağırıb.
Alovun sürətlə yayılması səbəbindən ştat rəhbərliyi 200 mindən çox insanın təxliyə olunmasına göstəriş verib.
Xatırladaq ki, Kaliforniyada bu ilin oktyabrında baş vermiş şiddətli meşə yanğınları nəticəsində 40-a yaxın insan həlak olmuş, bir neçə min tikili dağılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]