Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuz döyüşlərində və Vətən müharibəsində düşmənə ağır zərbələr endirən şəhid tankçı

Bakı, 16 noyabr, AZƏRTAC

Hüseynov Zaur Vaqif oğlu 1995-ci il iyunun 24-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin IX sinfini və Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Bundan sonra leytenant rütbəsində Ağcabədidə “N” saylı hərbi hissədə xidmətə başlayıb. Sonra Beyləqandakı “N” saylı hərbi hissədə xidmətini davam etdirib.

Ötən ilin iyulunda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması və düşmənə ağır zərbə vurularaq geri oturdulması əməliyyatında iştirak edib. Sentyabrın 27-də başlanan Vətən müharibəsində də öndə gedən hərbçilərdən olan tankçı Zaur Hüseynov Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə düşmənə ağır zərbə vuranlardan biri olub. Yeddi postun alınmasında fəal iştirak edib. Elə həmin gün Füzulinin Alxanlı kəndində yaxınlığına minaatan mərmisinin düşməsi nəticəsində qəhrəmancasına şəhid olub. Sentyabrın 28-də şəhid zabitin nəşi doğma Hişkədərə kəndində böyük izdihamla son mənzilə yola salınıb. Ölümündən sonra “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib

O, həmçinin 2018-ci ildə döyüş hazırlığında qazandığı uğurlara və Silahlı Qüvvələrin möhkəmlənməsində iştirakına görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Aytel Hüseynova AZƏRTAC-a müsahibəsində deyib: “Zaurla orta məktəbdən bir-birimizi tanıyırdıq. Məndən bir sinif yuxarı oxuyurdu. Demək olar ki, eyni repetitorlarla hazırlaşırdıq. 2011-ci ildən aramızda səmimi münasibət yarandı. O vaxtdan mərd, qorxmaz, cəsarətli biri idi. Sonradan məktəbdən ayrılıb hərbi liseyə, ardınca AAHM-ni bitirsə də, əlaqəmiz itmədi. Mən də Bakı Dövlət Universitetinə daxil olub ali təhsil aldım. Müxtəlif ali təhsil ocaqlarında oxumağımız münasibətimizə zərrə qədər də olsun təsir etmədi. Zaurla tale yollarımızı 2018-də birləşdirdik. Bu izdivacdan Zeynəb adında bir qızımız doğuldu. Çox xoşbəxt bir ailəmiz var idi. Zaur çox ailəcanlı idi. İşinin ağırlığına baxmayaraq, mənə də, körpəmizə də vaxt ayırırdı. Evdə işi ilə bağlı heç nə deməzdi. Ötən il Tovuz döyüşlərində iştirakını belə şəhid olandan sonra bilmişəm. O zaman Zaur düşmənə layiqli cavab verib onları ağır itkiyə məruz qoyanlardan biri olub. Həmin döyüşlər zamanı general-mayor Polad Həşimov və digər hərbçilərimizin şəhid olması Zaura pis təsir etmişdi. O, general-mayor Polad Həşimov və mayor Anar Novruzovu tanıdığı üçün bununla barışa bilmirdi. Deyirdi ki, “kaş irəli getmək əmri veriləydi, düşmənə gücümüzü göstərərdik. Aprel döyüşlərində az bir hissəni işğaldan qurtarsaq da, hərbçilərimiz necə fəxrlə qayıtdılar. İndi torpaqlarımızı azad etsək, necə sevinc və qürurla qayıdacağıq”. Onun arzuladığı məqam ötən il sentyabrın 27-də yetişdi. Döyüşlərdə tankçı kimi iştirak etdi. Vətən müharibəsinin ilk günündə Füzuli istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhadətə yüksəldi”.

Aytel Hüseynova həyat yoldaşı ilə son görüşü belə xatırlayır: "Zaurun işi ilə əlaqədar Beyləqanda qalırdıq. Son dəfə sentyabrın 25-də gecə evə gəldi. Sentyabrın 26-da Zauru işə yola salanda bizimlə tamam fərqli görüşdü. Hətta qapıdan qayıdıb Zeynəbi yatdığı yerdə öpüb getdi. Bu hərəkəti ürəyimə xal saldı. Bütün günü Zaurun bu hərəkətini düşünüb anlam verməyə çalışdım. Bundan təxminən bir həftə əvvəl anasının doğum gününə gəlib bütün qohumları ilə görüşmüşdü. Sanki ürəyinə əvvəlcədən nəsə dammışdı. Sentyabrın 27-si səhər saat 6-da top səslərinə yuxudan oyandım. Dərhal Zaura zəng etsəm də, cavab vermədi. İş yoldaşlarından da ailəvi tanışlığımız olanlar var idi, onlara da zəng vurdum, cavab verən olmadı. Səhər tezdən Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatına keçməsi xəbəri yayıldı. Saat 10-a 15 dəqiqə qalmış Zaurdan zəng gəldi, elə gülə-gülə danışırdı ki, sanki müharibədə deyil, istirahətdədir. Döyüşlərə qatılacağı ilə bağlı heç nə demədi. Zeynəbi soruşdu və ona yaxşı bax dedi. Mən də “əsas sən özünə yaxşı bax. Mən səni evimizdə gözləyəcəyəm dedim”. Sağollaşdıq. Anasına da zəng edib təlimə getdiyini deyib. Bununla kifayətlənməyib, sonra anasına mesaj yazıb: “Ana, hər şey yaxşı olacaq. Ailəm sənə əmanətdir”. O, müharibədə iştirakını gizlətsə də, bilirdim ki, Zaur bu anı çoxdan gözləyir, bizə deməsə də, o, döyüşlərdə mütləq iştirak edəcək. Həmin gün Zaurdan nə qədər zəng gözlədimsə də, bir daha telefonuma ondan zəng gəlmədi. Digər silahdaşları öz həyat yoldaşlarına zəng etsələr də, bircə Zaurdan xəbər yox idi. Buna baxmayaraq, yenə də ürəyimə pis heç nə gətirmək istəmirdim. Amma olan olubmuş... Zaur bizimlə danışandan iki saat sonra, təxminən saat 12 radələrində Füzulinin Alxanlı kəndində yaxınlığına minaatan mərmisi düşməsi nəticəsində qəlpə yarası alıb. Həmin vaxt düşməndən təmizlədikləri postda imişlər. Zaurun iki döyüş yoldaşı yerindəcə şəhid olub. Qızğın döyüş getdiyindən iki saat yaralı halda savaş meydanında qalıb. Təxliyə qrupu güc-bəla ilə yaralıları, o cümlədən Zauru hospitala aparsa da, o, günorta saatlarında şəhid olub. Hospitala aparılarkən döyüş yoldaşlarına deyib ki, narahat olmayın sağalıb gələcəyəm və sizi tək qoymayacağam, ruhdan düşməyin. Yaralı halda belə Zeynəbdən danışırmış. Hətta dostuna deyib ki, birdən ona nəsə olsa, Zeynəbi həmişə diqqətdə saxlasın. Lakin hələ də bilmirəm Zauru hospitala çatdıra biliblərmi, yoxsa yolda şəhid olub?! Çünki çox qan itiribmiş...

Şəhid olandan sonra bir neçə dəfə yuxuma gəlib. İki dəfə az qala canlı görmüşəm onu. Yuxularıma gələrkən Zeynəbi də tapşırıb, onunla bağlı arzularını da deyib. Zaur şəhid olanda Zeynəb doqquz aylıq idi. Heç biri bir-birindən doymadı. Həyat yoldaşım qızımızdan nigaran getdi. Ata olmanın sevincini təzə dadırdı ki, ömür vəfa etmədi. Arzularımız vardı onunla, hamısı yarımçıq qaldı. İndən sonra Zaurun arzularını həyata keçirmək, qızımızı atasına layiq bir övlad kimi böyütmək üçün yaşayacağam.

Bu il Zaurla aramızda sevgi münasibətləri yaranmasından 10 il keçdi. Hər il sevgimizin ildönümünü qeyd edəcəyəm. Çünki bu, sonsuzadək davam edəcək...”.

Şəhidin həyat yoldaşı Masallı “ASAN xidmət” Mərkəzində işlə təmin olunduğunu və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə “YAŞAT” Fondunun vəsait ayırdığını da qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb