Tovuzda keçirilən tədbirdə Zəfərimizə gedən yolda milli və dini həmrəyliyin əhəmiyyətindən danışılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Tovuz rayonunda “Zəfərə gedən yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsi, rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.