Tullantıların idarə edilməsi sahəsində Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə ola bilər
Bakı, 20 sentyabr (AZƏRTAC). İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq bərk məişət tullantıları konqresində Azərbaycanı “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov təmsil etmişdir.
Beynəlxalq əhəmiyyətli tədbirdə Z.İbrahimov ölkəmizdə tullantıların idarə olunması sahəsində görülən işlər, həyata keçirilən layihələr haqqında məruzə ilə çıxış etmişdir.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” ASC-dən məlumat verilmişdir.
Z.İbrahimov məruzəsində bildirmişdir ki, Azərbaycanda müasir standartlara uyğun poliqonun qurulması, ildə 500 min ton məişət tullantısının zərərsizləşdirilməsi və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodlarının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir.
Eko-Sənaye Parkının yaradılması ilə bağlı görülən işlərdən danışan Z.İbrahimov tullantıların idarə edilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulamış, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]