Turkish Airlines “Boeing 737 MAX 9” təyyarələrinin istismarını dayandırıb
Bakı, 7 yanvar, AZƏRTAC
Türkiyənin milli aviadaşıyıcısı Turkish Airlines ABŞ-da Alaska Airlines kompaniyasına məxsus “Boeing 737 MAX 9” təyyarəsinin germetikliyinin pozulması ilə bağlı hadisədən sonra həmin modeldən olan beş təyyarənin istismarını müvəqqəti olaraq dayandırıb.
AZƏRTAC xəbər verir ki, Turkish Airlines kompaniyasının vitse-prezidenti Yahya Üstün bu barədə özünün sosial media hesabında yazıb.
Alaska Airlines kompaniyasına məxsus təyyarədə baş verən hadisədən sonra Turkish Airlines donanmasında olan beş ədəd “Boeing 737 MAX 9” təyyarəsi yoxlanılmalıdır. Texniki yoxlamalar tamamlanana qədər həmin təyyarələrin istismarının dayandırılmasına qərar verilib”, - deyə məlumatda bildirilir.
Bir müddət öncə nasazlıq səbəbindən salonunda germetikliyi pozulan Alaska Airlines kompaniyasına məxsus “Boeing 737 MAX 9” sərnişin təyyarəsi Portlend aeroportuna təcili eniş etmək məcburiyyətində qalıb. ABŞ-ın tənzimləyici orqanları hadisədən sonra təhlükəsizlik yoxlamaları üçün həmin modelli 171 təyyarənin istismarını dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]