TÜRKİYƏ ALİ MƏKTƏBLƏRİNİ BİTİRƏN TƏLƏBƏLƏRİMİZ SƏFİRLİKDƏ MƏRASİM KEÇİRMİŞLƏR
Tələbələr ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin büstünün önünə gül-çiçək qoymuş, müasir Azərbaycan dövləti qurucusunun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Onlar ulu öndərin büstü önündə doğma vətənə sədaqətlə xidmət edəcəklərinə and içmişlər.
Mərasimin əvvəlində Azərbaycanın təhsil naziri Misir Mərdanovun və Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anarın məzunlara təbrik məktubları oxunmuşdur.
Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev və Təhsil Nazirliyinin buradakı nümayəndəsi Nəcibə Nəsibova çıxışlarında gənclərimizi universitet diplomları almaları münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Ümummilli liderimiz Heydər Əliyevin təhsilə, maarifə daim böyük diqqət göstərdiyini, bunu xaricdə oxuyan tələbələrimizin də həmişə hiss etdiklərini vurğulayan natiqlər bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyev bu xətti davam etdirir.
Rəsmi hissədən sonra məzun tələbələrimizin şərəfinə ziyafət verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]