Türkiyə Futbol Federasiyasının sədri istefa verib
Bakı, 28 fevral, AZƏRTAC
Türkiyə Futbol Federasiyasının (TFF) sədri Yıldırım Dəmirörən daha aktiv biznes fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirib və istefa verdiyini açıqlayıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dəmirörən IDDAA və “Dəmirörən Holdinq”in idarə heyətində təmsil olunacağını diqqətə çatdırıb, bu səbəbdən uzun illər şərəflə və qürurla xidmət etdiyi vəzifəsindən istefasını artıq söz-söhbətlərə səbəb olmamaq üçün verdiyini qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirən TFF sədri, həmçinin bütün klubların rəhbərlərinə, TFF İdarə Heyətinə, milli yığma komandanın məşqçilərinə minnətdarlıq edib.
TFF-nin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin üzvü Hüsnü Gürel icra edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]