Türkiyə Superliqası: "Trabzonspor" gözlənilməz məğlubiyyət alıb

Bakı, 4 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXVIII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə üç matç baş tutub. "Trabzonspor" səfərdə gözlənilmədən "Alanyaspor"a 1:3 hesabı ilə məğlub olub.
Günün digər oyunlarında "Adana Dəmirspor" "Fatih Karagümrük"ə, "Antalyaspor" isə "Qaziantep"ə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 73 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" və "Beşiktaş" komandaları isə üçüncü və dördüncü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [19:05]
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb
- 24.04.2025 [18:59]
Azərbaycan boksçusu Çempionlar Gecəsində döyüşəcək
- 24.04.2025 [18:34]
"Azərreyl"in voleybolçusu: İnam sayəsində çempion olduq
- 24.04.2025 [18:18]
"Azərreyl"in baş məşqçisi: Geri dönüş edəcəyimizə inanırdım
- 24.04.2025 [18:10]