TÜRKİYƏ YIĞMASI İLƏ OYUNU İDARƏ EDƏCƏK HAKİMLƏR MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 12-də yığma futbol komandamızın Türkiyə millisi ilə keçirəcəyi görüşü gürcüstanlı hakimlər briqadası idarə edəcəkdir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Levon Paniaşvili, yan hakimləri isə Zaza Menteşaşvili və Koba Qabriçidze olacaqlar. Elman Musayev isə ehtiyat hakim təyin edilmişdir.
Həmin gün iki ölkənin 21 yaşlılardan ibarət yığmaları arasında “Şəfa” stadionunda keçiriləcək görüşü idarə etmək isə Azərbaycandan olan hakimlər briqadasına tapşırılmışdır. Babək Quliyevin baş hakim olacağı oyunda, Azad Hüseynov və İlham Əliyev köməkçi hakimlər, Eldar Nağıbəyov isə ehtiyat hakim qismində çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]