TÜRKİYƏDƏ AVROPA İTTİFAQINA ÜZVLÜK TƏRƏFDARLARININ SAYI AZALMAQDADIR
Mərkəzin nümayəndəsi İbrahim Ərmağan jurnalistlərə bildirmişdir ki, 2002-ci ildə aparılmış sorğuda bu məsələyə respodentlərin 76, gənclərin isə 84 faizi dəstək vermişdi. İndi isə bu rəqəmlər müvafiq olaraq ümumi respondentlərdə 57, gənclərdə isə 55 faizə düşmüşdür.
Bunun əksinə olaraq, İngiltərə, Almaniya və Fransada yaşayan türklərin 90 faizi Türkiyənin Aİ-yə üzv olmasını istəyir.
Sorğu nəticəsində, habelə, Türkiyə əhalisinin 81 faizinin orduya, 79 faizinin Prezidentə, 64 faizinin məhkəmələrə etibar etdiyi məlum olmuşdur. Mətbuata güvənənlərin sayı isə cəmi 31 faizdir.
İbrahim Ərmağan bildirmişdir ki, iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) siyasəti respondentlərin 31 faizi tərəfindən dəstəklənir. Müxalifət partiyalarının reytinqi isə cəmi 12 faizdir.
Onların seçkilərdə hansı partiyaya səs verəcəyinə gəldikdə isə AKP 21 faizlə birinci, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası 10,5 faizlə ikinci yerdədir.