Türkiyədə bir gündə 1610 nəfərdə koronavirus aşkarlanıb
Ankara, 16 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 16-da ölkə üzrə 42 min 236 nəfər testdən keçirilib. Onlardan 1610 nəfər xəstə çıxıb. Gün ərzində 2004 nəfər sağalıb, 41 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 108 min 137, ölənlərin sayı isə 4 min 96 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyədə mayın 16-da yerli vaxtla saat 00.00-dan etibarən növbəti dörd gün müddətinə məcburi qaydada tətbiq olunan “evdə qal” məhdudiyyəti (komendant saatı) qüvvəyə minib. Növbəti məcburi “evdə qal” məhdudiyyətinin Ramazan bayramında tətbiq ediləcəyi gözlənilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]