TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK XALQ MUSİQİSİ İFAÇILARININ MÜSABİQƏSİNDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, avqustun 14-də Türkiyə Televiziya və Radio Qurumunun (TRT) Bakıdakı nümayəndəliyində bu telekanalda yayımlanacaq “Sən türkülərini söylə” türk xalq musiqisi müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
TRT-nin Bakı təmsilçisi Muhsin Yıldırım bildirmişdir ki, müsabiqənin məqsədi türk xalq musiqisinin təbliği və türkdilli xalqlar arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə nail olmaqdır. O vurğulamışdır ki, azərbaycanlı ifaçılara da layihədə iştirak etmək imkanı yaradılacaqdır.
Müsabiqəyə Azərbaycandan ifaçıların seçimi avqustun 18-dən 28-dək davam edəcəkdir. İfaçılar 18-35 yaşlı iddiaçılar arasından seçiləcəklər. Bunun üçün onlar TRT-nin Bakıdakı nümayəndəliyinə müraciət etməlidirlər.
Oktyabrın ilk həftəsində İstanbulda başlayacaq müsabiqə 13 həftə davam edəcəkdir.
Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr verilməsi nəzərdə tutulmuşdur.
Müsabiqədə Türkiyədən, Baltikyanı ölkələrdən, türklərin sıx yaşadıqları Avropa ölkələrindən də ifaçılar iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]