Türkiyədə tikintisi davam edən otel çöküb
İstanbul, 15 iyun, AZƏRTAC
Türkiyənin Ordu vilayətinin Altınordu rayonunda tikintisi davam edən otel binası çöküb. Hadisə nəticəsində işçilərdən biri həlak olub, səkkizi yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Ordu Valiliyindən açıqlama verilib.
Məlumatda çökmənin binaya beton tökülməsi zamanı baş verdiyi bildirilir. Hadisənin meydana gəldiyi bölgəyə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), polis və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başladılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]