TÜRKİYƏDƏKİ MƏSCİDLƏRDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN RUHUNA DUALAR OXUNMUŞDUR
Ankara, 20 yanvar (AZƏRTAC). Türkiyə Diyanət İşləri Başqanlığının fətvası ilə qardaş ölkənin bütün məscidlərində Qanlı Yanvar şəhidlərinin ruhuna dualar oxunmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyi də 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı tədbirlər keçirmişdir.
Yanvarın 20-də faciə ilə bağlı TRT-nin xəbərlər proqramlarında məlumatlar verilmiş, faciəni əks etdirən sənədli film nümayiş olunmuşdur. Səfirliyin əməkdaşı “TRT Avaz” kanalının “Yeni gün” səhər proqramında iştirak etmiş, 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsindən bəhs etmişdir. Türkiyənin nüfuzlu qəzetləri də Qanlı Yanvar faciəsi haqqında xəbərlər və məqalələr vermişlər.
Səfirlik Türkiyə Xarici İşlər Nazirliyi və bu ölkədə akkreditə olunmuş səfirliklər üçün faciə ilə bağlı faktları əks etdirən məlumatlar göndərmişdir.
Ankarada və Türkiyənin digər bölgələrində təhsil alan tələbələrimiz də 20 Yanvara həsr olunmuş tədbirlər keçirmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]