Türkiyəli jurnalistlər Xocalı soyqırımı qurbanlarının anma tədbirləri ilə əlaqədar Azərbaycana gəlmişlər
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Mətbuat Şurasının (MŞ) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) həyata keçirdiyi proqram çərçivəsində türkiyəli jurnalistlər Xocalı soyqırımı qurbanlarının anma tədbirləri ilə əlaqədar Azərbaycana gəlmişlər.
MŞ-dən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar Quba rayonundakı tarixi kütləvi məzarlığı ziyarət etmişlər. Fevralın 26-da türkiyəli jurnalistlər Xocalı faciəsi ilə bağlı ucaldılmış abidəni ziyarət edəcək, Mətbuat Şurasında Xocalı faciəsinə həsr olunacaq “dəyirmi masa”da iştirak edəcəklər. Media təmsilçilərinin fevralın 27-də Xocalıdan olan qaçqınlarla görüşü də nəzərdə tutulmuşdur.
Türkiyədən gələn nümayəndə heyətinə TRT-nin ərəb bölməsinin müdiri Faysal Ata, FOX TV-nin xəbər müdiri Ercan Gün, “Bu gun” qəzetinin xarici xəbərlər şöbəsinin müdiri Əmrah Kamil Ülkər, “Kanaltürk” telekanalının xəbər müdiri Ərkan Akkus, “Todays Zaman” qəzetinin baş redaktorunun müavini Cəlil Sağır, “Samanyoluxəbər”in baş redaktoru Enes Engin Sağ, “Zaman” qəzetinin baş redaktorunun müavini Veysəl Ayxan, qəzet yazarı Məhməd Gündəm, Media PR-ı Agentliyinin əlaqələndiricisi Xəlil Soylu daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]