Türkiyəli məktəblilər Azərbaycana gəliblər
Bakı, 7 iyun, AZƏRTAC
Türkiyənin Ankara şəhərinin ümumtəhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Türkiyədə şagirdlər arasında keçirilmiş rəsm və inşa müsabiqəsinin qalibləri, müəllimlər və Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin əməkdaşları daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi də ziyarət edilib.
Nümayəndə heyəti, həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbini ziyarət edib. Məktəbdə qonaqlar üçün musiqili proqram təşkil olunub.
İyunun 10-dək davam edəcək səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, Hərbi Qənimətlər Parkını və Heydər Əliyev Mərkəzini ziyarət edəcək, habelə Şuşa şəhərinə gedəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır
- 01.10.2026 [10:53]
“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur
- 01.10.2026 [01:03]
“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]