Türkiyəli mütəxəssislər Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanış olublar
Bakı, 12 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunda Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə türkiyəli qonaqlarla qarşılıqlı fikri mübadiləsi aparılıb və institutun fəaliyyət istiqamətləri barədə söhbət gedib.
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri tanışlıq və iş prinsipini öyrənmək məqsədilə institutun nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçiriblər və onlara həmin laboratoriyaların fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası, həmçinin qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri barədə məlumat verilib.
Görüşdə Türkiyəli qonaqlarla baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində fikir mübadiləsi aparılıb. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]