Türkiyənin 5G-yə keçidi ilə bağlı tezlik hərracı keçirilib
İstanbul, 16 oktyabr, Günel Karatepe, AZƏRTAC
Bu gün Türkiyənin yeni nəsil mobil rabitə texnologiyası olan 5G-yə keçid prosesindəki ən mühüm mərhələlərdən biri sayılan tezlik hərracı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin yeni nəsil rabitə texnologiyası olan 5G hərracında 700 MHz tezliyində A1 paketi üçün ən yüksək təklifi 429 milyon dollarla “Turkcell”, A2 paketi üçün 426 milyon dollarla “Vodafone”, A3 paketi üçün isə 425 milyon dollarla “Türk Telekom” rabitə operatorları veriblər.
Hərracın nəticəsinə əsasən, xidmət göstərmə hüququ qazanan şirkətlər 2026-cı il aprelin 1-dən etibarən Türkiyədə 5G tətbiqinə başlayacaqlar.
Texnologiyanın tətbiqi ilə ölkə üzrə mobil internet sürətinin mövcud 4,5G ilə müqayisədə 10 dəfəyə qədər artacağının gözlənildiyi 5G-nin yeni qurulacaq infrastrukturda yerli imkanların da ön planda saxlanılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]