Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİNİN MÜAVİNİ YURDAQUL YİGİTGÜDƏNİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bugünkü auditoriyanın qarşısında çıxış etmək olduqca böyük şərəfdir. Mən sizə Türkiyənin nöqteyi-nəzərindən “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusuna münasibəti bildirəcəyəm.

Mən yazdığım mətnə müraciət etmədən, bugünkü reallığı nəzərə almaqla, ölkəmizin enerji sektoru haqqında, bu sektorun Türkiyədəki işi, onun Xəzər regionu ilə və Şərq-Qərb dəhlizi ilə uzlaşması barədə danışmaq istəyirəm.

Biz hesab edirik ki, Türkiyədə enerji daşıyıcılarına tələbat getdikcə artacaqdır. Bir sıra Avropa ölkələrinin tələbatında da əsaslı dəyişiklik baş verəcəkdir. Lap yaxın gələcəkdə yanacağın - neftin və qazın rolu daha da artacaqdır. Bu artım xüsusilə 2010-2100 -cü illərdə daha çox hiss olunacaqdır. Bir sıra ölkələrlə bizim təchizat üzrə müqavilələrimiz vardır. Burada qeyd olunduğu kimi, bu cür son müqaviləmiz Azərbaycanla imzalanmışdır. Bu müqavilələrin bəziləri funksional səviyyədədir, onlar qüvvədədir. Digərləri üzrə hələ iş getmir.

Əvvəl qeyd olunmuşdu ki, Türkiyə qaz bazarına tələb olunandan artıq qaz təchizatı gözlənilir. Lakin Türkiyədəki dəhşətli iqtisadi böhran enerji istehlakına tələbatı artırmışdır. Elektrik enerjisindən istifadə son 30 ildə 8-9 faizdən mənfi 2-3 faizədək enmişdir. Təbii qazın istifadə göstəriciləri də aşağı düşməkdədir. Əvvəlki 15-16 faizdən keçən il 10 faizdən aşağı səviyyəyə düşmüşdür. Bu vəziyyəti nəzərə alaraq, Türkiyə şirkəti qaz təchizatçıları ilə dərhal müqavilələr imzalamışdır. Müqavilələr gələn il üçün nəzərdə tutulur.

Beləliklə, Türkiyə bazarının həddindən artıq qazla təchiz olunmaq təhlükəsi yoxdur. Ölkə ərazisində olan makroiqtisadi araşdırma mərkəzləri 2005-ci ildən sonra göstəricilərin daha da artmasını indidən müşahidə edirlər. Şəkildən gördüyünüz kimi, tünd göy rəngli zona müqavilə üzrə razılaşdırılmış türk müştəriləridir. Mavi zona isə gözlənilən imzalanacaq müqavilələrdir.

2001-ci ildə Türkiyə elektrik bazarını və təbii qaz bazarını aşağı səviyyəyə endirə bilmişdir. Parlament bununla bağlı müvafiq qərarlar qəbul etmişdir. Beləliklə, Türkiyədə enerji üzrə qəbul olunmuş qanunvericilik ən səmərəli və rəqabət apara biləcək qanunvericilikdir. Türkiyə bazarı bu gündən başlayaraq rəqabətə hazırdır. Bu o deməkdir ki, Türkiyə istehlakçıları, təchizatçıları seçməkdə sərbəst və azad olacaqlar.

1990-cı illərin əvvəllərində Xəzər hövzəsində neftlə bağlı inkişaf prosesi başlayan gündən Türkiyənin əsas məqsədi Xəzərətrafı ölkələrin müstəqilliyinin daha da qorunub saxlanması olmuşdur. Məqsədimiz bazar iqtisadiyyatı və demokratiyanın inkişafı vasitəsilə, iqtisadi əlaqələr qurmaqla regiona sabitlik gətirmək, ölkələrin özləri arasında iqtisadi əlaqələri genişləndirmək, Türkiyənin və onun tərəfdaşlarının enerji təchizatını çoxşaxəli etmək və təhlükəsizləşdirmək olmuşdur. Məqsədlərimizdən biri də türk biznesmenləri üçün imkanları daha da artırmaq idi.

Çoxlarının yaxşı yadındadır ki, hələ 1992-ci ildə Türkiyə-ABŞ Biznes Şurasının göndərdiyi biznes missiyaları regiona ilk gələnlərdən olmuşdur. O vaxt regionda otellər, hava limanı terminalları, restoranlar mövcud deyildi ki, qərb biznesmenlərinin gündəlik tələbatlarını ödəsin. Bu müddət ərzində adı çəkilən sahələrin inkişafı üçün lazımi sərmayələr qoyulmuşdur və Türkiyə biznesmenlərinin, Türkiyə Eksimbankının rolunu da danmaq mümkün deyildir.

Bu gün region yalnız enerji sahəsinin deyil, digər sahələrin də inkişaf etdirilməsi üçün hazır vəziyyətdədir. Türkiyənin nadir coğrafi vəziyyəti ona imkan verir ki, enerji daşıyıcılarının tranziti üçün mərkəzi rol oynasın. Hələ 1970-ci ildən İraq-Türkiyə neft kəmərləri vasitəsilə tranzit enerji daşıyıcısı kimi Türkiyənin təcrübəsi vardır. Xəzər neftinin daşınması üçün biz Şərq-Qərb enerji dəhlizinə xüsusi önəm veririk. Mən Bakı-Tbilisi-Ceyhan və Xəzər-Türkiyə-Avropa layihələrini nəzərdə tuturam.

Xam nefti daşıyacaq əsas ixrac kəmərinin tikilməsi üzrə danışıqlar 1998-ci ildə başlanmışdır. O günü yaxşı xatırlayıram. 1998-ci ilin mayında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri ilə İstanbulda görüşdük. Elə həmin gün gələcək əlaqələrimizi necə qurmağı, gələcəkdə necə işləməyi müəyyən etdik. İlk gündən aydın etdik ki, bu siyasi layihə olmayacaqdır. Lakin siyasətimizə uyğun təhlükəsiz, ətraf mühit baxımından yararlı, qiymət baxımından əlverişli layihə olacaq və bu xüsusiyyətlərinə görə şirkətlərin iştirakını cəlb edə biləcəkdir.

Danışıqlar il yarım davam etdi. 1999-cu ilin noyabrınadək təxminən 4500 səhifəlik sənəd maddə-maddə müzakirə olunub razılaşdırıldı, sponsor qrupu yaradıldı. 2002-ci ilin sonunda mühəndis işlərinə başlandı. İki mərhələdə mühəndis işləri tamamlandı. 2001-ci ilin mayında əsas mühəndis işləri bitirildi. Həmin ilin iyununda başlayan müfəssəl mühəndis işləri keçən ilin avqustunda qurtardı. Sentyabrın 10-dan isə ərazinin alınması və tikinti işləri fazası başladı. Gördüyünüz kimi, layihə dünyanın müxtəlif yerlərindən 11 şirkəti cəlb etdi.

 

Bakı-Tbilisi-Ceyhan layihəsi üzərində çox dayanmaq istəmirəm. Bu haqda çox danışıldı. 2004-cü ilin sonunda bu kəmərlə ilk nefti gözləyirik. Amma üzümüzə gələn bir neçə ildə Avropada enerji istehlakına və təbii qaza artacaq tələbatı sizin nəzərinizə çatdırıram. Artıq reallıqdır ki, təbii qaz Avropada ən çox istifadə olunan məhsullardan biridir. 1997-ci ildə təbii qazın istifadə olunması 20 faiz idisə, sonrakı üç il müddətinə 33 faizədək artdı. Gözlənildiyinə görə, istifadə olunan qazın payı 27 faizdən aşağı düşməyəcəkdir.

Avropa Komissiyasının “Yaşıl Kitabı”nda göstərildiyi kimi, Avropanın ən başlıca məqsədi qitənin artan tələbatını lazımınca ödəmək və gələcək üçün yeni təchizat mənbələri axtarıb tapmaqdır. Rəqəmlərdən gördüyünüz kimi, mən yalnız tələbatla bağlı rəqəmləri götürürəm. Bu rəqəmlər Avropa bazarında istehsal gücü ilə müqayisə oluna bilməz. Xüsusilə nəzərə alaq ki, növbəti 10 il müddətində Böyük Britaniyada qaz istehsalı nəzərə çarpacaq dərəcədə azalacaqdır. Bu səbəbdən indiyədək görünməyən qaz tələbatı müşahidə olunacaqdır.

Şərq-Qərb enerji dəhlizinin inkişafının ilk günündən biz diqqətimizi qaz məsələsinə yetiririk. Çalışırıq ki, Türkmənistan hökumətini Transxəzər layihəsində iştirak etməyə ruhlandıraq. Azərbaycan tərəfi bu layihəyə - Türkmənistan qazının nəqlinə öz razılığını bildirmişdir. 2000-ci ilin əvvəllərində konsorsumların bu layihə üzrə maliyyələşmə aparma və işləmək mandatı olmayan zaman vəziyyət bir o qədər ürəkaçan deyildi. Bir neçə missiyanın regiona səfərindən sonra Türkmənistanın möveyini dəyişməyə müvəffəq olduq, o, Azərbaycanla danışıqlar aparmağa qərar verdi. 2000-ci il yayın sonunda danışıqlar başladı və və 2001-ci ilin martında dövlətlərarası alqı-satqı razılıqlarına dair sənəd imzalandı. Bu, çox vacib məqamdır.

2000-ci ildə biz daha bir mühüm addım atdıq. Türkiyə Avropa Birliyi ilə Xəzər regionu qazının Türkiyə vasitəsilə Avropaya daşınması üzrə danışıqlara başladı. Mən iyulun 7-də yunan həmkarlarımla və Avropa Birliyinin Brüsseldəki nümayəndələri ilə son bəyanata imza atdım. Eyni zamanda, görülən işlər çoxdur. İlkin tədqiqat, kommersiya araşdırmaları aparılır. Türk və yunan qaz şirkətləri və hökumətləri birlikdə sıx işləyərək, Xəzər qazının Avropaya çatdırılmasına çalışırlar. Keçən il iki ölkəni - Türkiyə və Yunanıstanı bağlayacaq kəmərin tikintisinə dair razılıq əldə olunmuşdur. 285 kilometrlik bu kəmər Cənubi Avropa təbii qaz şəbəkəsinin ilk hissəsi rolunu yerinə yetirəcəkdir.

 

Türkiyə və Yunanıstan hökumətləri arasında razılıq imzalanmasını yəqin eşitmisiniz. Bu razılıq üzrə 2006-cı ildən başlayaraq, Türkiyədən Yunanıstana təbii qaz ötürüləcəkdir. Avropa Birliyində bununla bağlı digər rəylər də var. Demək olar ki, onların hamısı türk şəbəkəsinin istifadəsini nəzərdə tutur. Bolqarıstanın “Bulqar qaz” şirkəti, Rumıniya, Macarıstan və Avstriyanın şirkətləri birgə təkliflə çıxış edərək, Avstriya şəbəkəsini Türkiyə şəbəkəsinə birləşdirmək arzusunu ifadə etmişlər. Yunanıstan tərəfinin onların şəbəkəsini Makedoniya və Serb şəbəkələrinə birləşdirmək barədə başqa bir təklifi də var. Yunanıstan şəbəkəsinin İtaliya şəbəkəsi ilə birləşməsi barədə təklif verilmişdir.

Beləliklə, Xəzər qazının Avropaya nəqli imkanları üçün görüləcək işlər ağır və çoxdur. Biz Şərq-Qərb enerji dəhlizinin fiziki imkanlarını mümkün qədər genişləndirməyə çalışmışıq. Düzdür, Qərb tərəfdən tranzit imkanları Şərqdəkindən daha azdır. Əlavə kompressor qurğuları qoyulacaq ki, Xəzər qazının Avropa şəbəkəsinə nəqli imkanları daha da artsın. Təbii ki, bu layihənin əksinə çıxanlar da çoxdur. Türkiyə bazarının həddindən artıq təchiz olunması və Avropada təbii qaza ehtiyacın olmaması haqqında şayiələr layihəyə qarşı çıxanlar tərəfindən yaradılır. Bu söhbətlər rəqabət aparacaq şirkətlərin xeyrinə deyildir. Ona görə də Şərq-Qərb enerji dəhlizi və xüsusilə də Xəzər-Türkiyə-Avropa qaz təchizatı layihəsinin tənqidinin arxasında nəyin durduğunu gərək görə bilək.

Amma Avropa Komissiyasının xüsusi qrupunun keçirdiyi tədqiqat bizə imkan verdi görək ki, bu yolla Avropaya gələcək təbii qaz rəqabət aparmaq gücündədirmi. Azərbaycan qazı nəinki bugünkü gündə, hətta yeni layihələr nəzərdə tutularsa, BİTİYU =1 dollar məzənnəsi ilə götürüldükdə, rəqabət qüvvəsində olacaqdır. Avropa Birliyinin müstəqil qrupunun apardığı bu araşdırmalara görə minnətdarlığımı bildirirəm. Gələcək imkanlarımızın planlaşdırılmasında onun müstəsna əhəmiyyəti olmuşdur.

Sonuncu cədvəldə sizə qaz təchizatında Türkiyənin rolu haqqında danışmaq istəyirəm. Biz əsas istehlakçıyıq. Müxtəlif mənbələrdən ölkəmiz qazla təchiz olunur. Tranzit ölkə kimi marşrutların çoxu Türkiyədən keçir. Avropa Birliyi Türkiyənin bu rolunu yaxşı dərk edir.

Sözümü bitirərək, Şərq-Qərb enerji dəhlizi layihəsinin həyata keçirilməsində görkəmli rol oynamış Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Heydər Əliyevə minnətdarlığımı bildirirəm. Layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə, həm Azərbaycan, həm Gürcüstan, həm də Amerika Birləşmiş Ştatları hökumətlərinə təşəkkür edirəm.

Diqqətinizə görə sağ olun.

STİVEN MƏN: Konfransın sual-cavab hissəsinə keçməmişdən əvvəl, istərdim, çıxış edən hörmətli qonaqlarımızın burada olmasından istifadə edərək, deyim ki, bu, çox yüksək səviyyəli fikir mübadiləsi idi. Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında fikir mübadilələri məhz bu səviyyədə keçir. Amerika-Azərbaycan Ticarət Palatasına bu görüşə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Amerikadakı səfiri Hafiz Paşayevə təşəkkür edirəm. O, Azərbaycan Prezidentini ABŞ-da layiqincə təmsil edir. Amerikanın Azərbaycandakı səfirinə də minnətdarlığımı bildirirəm.

Xahiş edirəm, sual verərkən özünüzü təqdim edin və sualı qısa şəkildə verin.

SUAL: Mənim adım Sarkis Potancandır, “Dağlıq Qarabağ Respublikası”nın Birləşmiş Ştatlarındakı ofisindənəm. İki sualım var. Birincisi, erməni silahlı qüvvələri Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etməmişdir. 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi təcavüzü nəticəsində biz Azərbaycana hücum etməyə məcbur olmuşuq. Azərbaycanın işğal adlandırdığı ərazilər bizim müdafiə ordumuzun nəzarət etdiyi ərazilərdir. Sualım belədir: nəyə görə Azərbaycan hökuməti “demokratik” qaydada seçilmiş “Dağlıq Qarabağ hökuməti” ilə birbaşa dialoqa girmir? İkincisi, Azərbaycan ilə Dağlıq Qarabağ arasında nəyə görə etimad doğuran tədbirlər həyata keçirilmir?

STİVEN MƏN: Xahiş edirəm, sualları qısa edəsiniz. Mən konfransın aparıcısı hüququndan istifadə edərək, xahiş edirəm ki, suallar enerji məsələləri ətrafında olsun. Hörmətli Prezidentin buraya səfəri müddətində, bəlkə, bu suallar üçün başqa vaxt ayırmaq mümkün oldu. İndi isə gəlin, konfransımızın mövzusu ətrafında sual-cavab aparaq.

HEYDƏR ƏLİYEV: Dayan, mən bu suala cavab verməliyəm. Belə bir şəxsin bu konfransda iştirak etməyə ixtiyarı yoxdur. Çünki Dağlıq Qarabağ kimi bir respublika, bir ölkə mövcud deyildir. Dağlıq Qarabağ Ermənistan tərəfindən zorla işğal edilmiş Azərbaycan torpağıdır və güman edirəm, elə bu cür şəxslərin belə konfranslara buraxılması onlara imkan verir ki, özlərini “respublika” adlandırsınlar, “hökumət” adlandırsınlar və dünya qanun-qaydalarına riayət etmədən özbaşınalıqla məşğul olsunlar. Xahiş edirəm, bizi burada belə insanlarla üzləşdirməyəsiniz.

SUAL: Mən Şəfəq Mehrəliyeva AZƏRTAC agentliyindənəm. Cənab Prezidentə və bütün natiqlərə çıxışlarına görə minnətdaram.

Sualım bütün iştirakçılaradır. Bakı-Tbilisi-Ceyhan layihəsi regionda iqtisadi vəziyyətə necə təsir edəcəkdir? Bu, Azərbaycan və Gürcüstan ərazilərində yerli əhalinin işlə təmin olunmasına nə dərəcədə kömək göstərəcəkdir?

DEVİD VUDVORD: Çıxışımda dediyim kimi, biz çalışacağıq ki, yerli əhalinin layihə üzrə işlə təminatını maksimum həddə çatdıraq. Yalnız Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə deyil, “Azəri-Çıraq-Günəşli” layihəsi və “Şahdəniz” qaz layihəsi üzrə də, gözlənildiyinə görə, 10 minədək adam birbaşa tikinti işlərinə cəlb olunacaqdır. Birbaşa tikinti ilə yanaşı, köməkçi işlər də mümkün olacaqdır.

Hamınıza aydındır ki, neft sənayesi böyük kapital tələb edir. Uzun müddəti götürdükdə, həddindən artıq işçi nəzərdə tutulmur. Tətbiqetmə fazasına daxil olduqda işçilərin sayı bir neçə minədək enəcəkdir. Bunlar da birbaşa layihəyə qatılanlar olacaqdır. Maliyyə təsisatları, Qərb hökumətləri ilə birlikdə işləyərək, biz bu ölkələrdə qeyri-neft sektorunun da inkişaf etdirilməsinə, iqtisadiyyatın çoxşaxəliyinə çalışırıq. İş yerlərini buradan gözləmək olar. İş yerləri yalnız neft və qaz sənayesindən asılı ola bilməz. Biz inanırıq ki, Azərbaycanda artıq bu yönümdə işlər görülür. Ölkədə yaranmış Neft Fondu iqtisadiyyatın bütün sahələrinin inkişafına və hər bir sahədə iş yerlərinin açılmasına yönəlibdir.

STİVEN MƏN: İcazə verin, əlavə edim. Gəlin, boru kəmərlərini ərazisindən keçəcək ölkələr üçün həddindən artıq dəyərləndirməyək. Boru kəmərləri bütün məsələlərin həlli deyildir. Lakin neft sənayesindən kənar sahələrə çox sərmayə cəlb edə bilməyən ölkələr üçün möhkəm əsaslı baza rolunu oynaya bilər. Mən elə bilirəm ki, məsələyə müsbət yanaşmağın yolu budur.

SUAL: Mən Nərgiz Abbaszadəyəm, “Perles” hüquq şirkətində işləyirəm. Azərbaycan dilində sual vermək istəyirəm. Əlbəttə, bir qədər daha dərin mövzulara toxunacağam.

Cənab Prezident, Siz Birləşmiş Millətlər Təşkilatının Ermənistana qarşı qəbul etdiyi qətnamələr haqqında danışdınız. Amma bu qətnamələrə baxmayaraq, Ermənistan Azərbaycana qarşı təcavüzünü davam etdirir. Bilmək istərdim, Siz Amerikada keçirdiyiniz görüşlərdə bu məsələni qaldırmısınızmı? Əgər qaldırmısınızsa, Qərb ölkələri, o cümlədən Amerika bu məsələni həll etmək üçün ciddi addımlar atacaqmı?

HEYDƏR ƏLİYEV: Əgər siz bu barədə məlumatları izləyirsinizsə, biz bu məsələni 1993-cü ildən daim qaldırırıq. Hər dəfə Amerika Birləşmiş Ştatlarında olarkən, Amerika hökumətinin nümayəndələri ilə görüşərkən, o cümlədən Amerikanın keçmiş Prezidenti ilə də görüşərkən bu məsələləri qaldırmışıq. Mən sabah Prezident cənab Corc Buşla görüşəcəyəm. Bu, onunla birinci görüşüm deyil, əvvəl də görüşmüşəm. Təbii ki, bu məsələ bizim müzakirəmizin mərkəzində olacaqdır. Ancaq mən nitqimdə bildirdim ki, bu, təkcə Amerikanın işi deyildir. Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-ə tapşırıbdır. ATƏT Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Biləşmiş Ştatları və Fransadır. Onlar da neçə illərdir bu işlə məşğul olurlar. Amma hələ ki, bu məsələnin sülh yolu ilə həllinə nail ola bilməyiblər.

SUAL: Mən erməni milli komitəsindənəm, adım Elizabet Çulçiyandır. Sualım Prezidentədir.

Siz çıxışınızda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yer ayırdınız. Əlbəttə, neftin təhlükəsiz və vaxtında nəqli üçün bu, regionda vacib amildir. Sualım belədir ki, Prezident Heydər Əliyevdən sülh haqqında eşidərkən, eyni zamanda, Azərbaycanın müdafiə nazirindən və parlament nümayəndələrindən müharibəyə çağırışlar da eşidirik. Azərbaycan hökumətinin məqsədi nədir? Sülh haqqında danışaraq, eyni zamanda, sakitcə Azərbaycan xalqını qeyri-sülh yoluna, silahla həllə çağırırıq.

İkinci sualım cənab Vudvordadır. Gürcüstanda bəzi qeyri-hökumət təşkilatları ekologiya ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bu məsələ necə həll olunacaqdır?

DEVİD VUDVORD: Həqiqətən, Gürcüstanda qeyri-hökumət təşkilatları layihə ilə bağlı bütün narahatlıqlarını bildirmişlər. Elə bilirəm ki, bu, layihənin geniş vüsətini və cəlbetmə qüvvəsini nəzərə almaqla tam təbiidir. Məsafə böyükdür, bir neçə ölkənin ərazisindən keçir. Kəmərin keçdiyi landşaftın müxtəlifliyinə görə qeyri-hökumət təşkilatları dərin narahatlıq hissləri keçirirlər.

Çıxışımda dediyim kimi, hökumətlərlə məsləhətləşmələr aparılmış, yerli ekspertlərin fikri öyrənilmiş, qeyri-hökumət təşkilatları və əhali ilə məsləhətləşmələr keçirilmiş və nəhayət, optimal marşrut seçilmişdir. Kəmərin Bosfor vasitəsilə keçməməsi amilinin özü bizim ətraf mühitə göstərdiyimiz qayğının nəticəsidir. Bununla belə, ətraf mühit narahatlığı doğuran digər ərazilər də nəzərə alınmalıdır. Hökumət, qeyri-hökumət təşkilatları və ekspertlər ilə aparılan fikir mübadiləsi bizə imkan vermişdir ki, işi ətraf mühitə minimum təsirlə yerinə yetirək. Elə bilirəm ki, bu, layihənin yerinə yetirilməsini arzulayan qeyri-hökumət təşkilatlarının böyük əksəriyyətinin tələblərini ödəyə biləcəkdir. Əlbəttə, elə qruplar da var ki, layihənin əleyhinədirlər. Təəssüf ki, onların hamısının tələblərini ödəmək mümkün deyildir.

HEYDƏR ƏLİYEV: Mən bayaq da bildirdim ki, biz də, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq. Ancaq bu proses 1992-1993-cü illərdən davam edir. İndiyə qədər ATƏT-in Minsk qrupu məsələni həll etməyə nail olmayıbdır. Səbəb də ondan ibarətdir ki, Ermənistan qeyri-konstruktiv mövqe tutur. Ermənistan Dağlıq Qarabağı işğal edib, Dağlıq Qarabağın ətrafında Azərbaycanın 7 böyük inzibati rayonunu işğal edib, bir milyondan artıq Azərbaycan vətəndaşını yerindən-yurdundan didərgin salıb, 10 ilə yaxındır ki, onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar.

İndi Ermənistan öz hərbi hissələrini Azərbaycanın işğal olunmuş torpaqlarının sərhədlərində yerləşdirib iddia edir ki, Dağlıq Qarabağ ya Ermənistana birləşdirilməlidir, ya da müstəqil respublika olmalıdır. Azərbaycan heç vaxt bununla razı olmayıb və razılaşmayacaqdır. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu məsələ yalnız beynəlxalq hüquq normaları əsasında, beynəlxalq qanunlar əsasında, Birləşmiş Millətlər təşkilatının nizamnaməsi əsasında, ATƏT-in prinsipləri əsasında, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməlidir. Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan silahlı qüvvələri işğal etdiyi torpaqlardan qeyri-şərtsiz çıxmalıdır. Bundan sonra Ermənistanla Azərbaycan arasında sülh yarana bilər.

Bəli, buna görə də biz uzun illərdir istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan buna razı olmur. Belə olan halda, hər bir insanın haqqı var ki, istədiyi yol ilə öz torpaqlarını azad etsin. Azərbaycanda bu barədə artan çağırışlar “biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik, ya öləcəyik, ya da torpaqlarımızı azad edəcəyik” çağırışları insanların haqqıdır. Bu insanların haqqını qadağan etmək olmaz. Ermənistanda bunu da bilməlidirlər və sual verən də bilməlidir ki, Azərbaycan xalqına qarşı bu qədər ədalətsizlik etmək olmaz. Sağ olun.

SUAL: Mən Qənirə Paşayeva, ANS televiziya kanalındanam. Mən iki sualla müraciət edəcəyəm. Birinci sualım iqtisadi məsələ olmasa da, cənab Stiven Mənə ünvanlayıram. Siz Amerika Prezidentinin nümayəndəsisiniz, deməli rəsmi şəxssiniz. Sizə elə gəlmirmi ki, işğalçı bir dövlətin nümayəndələrinin bu cür açıq, düşməncəsinə çıxışlar etməsinin səbəbi odur ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü olan Amerika BMT-nin qətnamələrini yerinə yetirmək üçün İraqa hər cür təzyiqlər edir, amma neçə ildir həmin BMT-nin qətnamələrini yerinə yetirmək üçün Ermənistana heç bir təzyiq etmir?

İkinci sualım Georgi Çanturiyayadır. Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsində yaranan problemlər Gürcüstandakı ekoloji təşkilatların qaldırdığı hay-küyün nəticəsi oldu. Siz tam əminliklə deyə bilərsinizmi ki, artıq Gürcüstan hökuməti bütün beynəlxalq maliyyə təşkilatları qarşısında ölkənizdə heç bir problemin olmadığı barədə məsələni dəqiq qoyubdur?

STİVEN MƏN: Mən sualın birinci hissəsini eşitmədim. Ona görə də sualın ikinci hissəsinə cənab Çanturiya cavab verə bilər.

GEORGİ ÇANTURİYA: Suala görə minnətdaram. Konfransın bütün iştirakçıları bilməlidir ki, Gürcüstan, Azərbaycan və Türkiyə şirkətlərlə işləyir. Bəli, ətraf mühitlə bağlı müəyyən narahatlıq vardı. Biz həmkarlarımızla birgə çalışaraq əlimizdən gələni etdik, əlavə səylər qoyduq ki, bütün narahatlıqlara son qoyulsun. Gürcüstan ərazisindən keçən kəmərin təhlükəsizliyi artırıldı. Xüsusilə də daha narahat ərazilərdə bu layihə, hec şübhəsiz, ən yüksək beynəlxalq standartlara uyğun olacaqdır. Mən hamını əmin edirəm ki, digər ölkələrin qeyri-hökumət təşkilatları kimi, Gürcüstanın qeyri-hökumət təşkilatlarının da tam haqqı var ki, boru kəməri layihəsinin lazımi standartlara cavab verməsini tələb etsinlər.

 

Biz XXI əsrdə yaşayırıq, ölkələrimizdə demokratiyanı inkişaf etdiririk. Qeyri-hökumət təşkilatları ilə yola getməliyik. Bu narahatlığın nə dərəcədə ciddi və səmimi olması isə başqa məsələdir. Əlbəttə, bu layihə ilə tam razılaşmayanlar, buna mane olmaq istəyənlər də var. Amma Gürcüstan tərəfi, gürcü xalqı layihəni həyata keçirmək, regional əməkdaşlığı gücləndirmək əzmindədir.

Biz inanırıq ki, bu əməkdaşlıq Gürcüstanın gələcəyi üçün lazımdır. İnanırıq ki, həyata keçirdiyimiz layihələr sayəsində Gürcüstan əsl müstəqil ölkəyə çevriləcəkdir. Bundan sonra Gürcüstanda ilbəil qazın, elektrik enerjisinin kəsilməsinə yol verilməyəcək və təchizat bizim qərb yönümlü siyasətimizdən asılı olmayacaqdır. 10-15 il bundan əvvəlki vəziyyətə dönüş yoxdur. Biz geri qayıtmayacağıq. Gürcüstan irəli gedir. Biz artıq bu qərarı qəbul etmişik. Çox sağ olun.

STİVEN MƏN: Söylədikləri fikirlərə görə bütün natiqlərə təşəkkür edirəm. Xüsusilə də bu konfransa gəldiyinə və Şərq-Qərb enerji dəhlizinin reallığa çevrilməsində liderlik nümayiş etdirdiyinə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

X X X

Konfrans başa çatdıqdan sonra Birləşmiş Ştatların tanınmış iş adamları, siyasətçiləri dövlətimizin başçısına yaxınlaşaraq, onunla səmimi söhbət etdilər, Prezident Heydər Əliyevlə görüşməkdən böyük şərəf və məmnunluq duyduqlarını söylədilər.

Azərbaycan Prezidenti Heydər Əliyev təşəkkür edərək, iş adamlarını ölkəmizdə çalışmağa, fəaliyyət göstərməyə dəvət etdi. Onlar Azərbaycana gələcəklərini bildirdilər və konfransın böyük əhəmiyyətini bir daha vurğuladılar.

Əsgər İbrahimov,

Şəfəq Akifqızı,

Oqtay Aydınoğlu \foto\

AZƏRTAC-ın xüsusi müxbirləri,

Rafiq Bağırov \foto\

(Səfər haqqında materialın davamı qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub