TÜRKİYƏNİN QAZİANTEP ŞƏHƏRİNDƏKİ YENİ MƏKTƏBƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADI VERİLMİŞDİR
Ölkəmizin Ankaradakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin ən böyük şəhərlərindən olan Qaziantepdə yeni məktəblərdən birinə Prezident Heydər Əliyevin adı verilmişdir.
Qaziantep vilayətinin milli təhsil müdiri Fikrət Atakın səfirliyə göndərdiyi məktubda deyilir ki, Milli təhsil müdirliyinin komissiyası şəhərin Şahinbəy rayonunun Ulaş məhəlləsində tikintisi yenicə başa çatmış 24 sinifli məktəbə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adının verilməsini yekdilliklə qərara almışdır. Qaziantep valisi Lütfullah Bilgin komissiyanın qərarını təsdiq etmişdir.