TÜRKMƏNİSTAN PREZİDENTİ MOBİL RABİTƏ XİDMƏTLƏRİNİ UCUZLAŞDIRMAĞI TƏKLİF ETMİŞDİR
Müxtəlif tarifləri və depozit ödəmələrini nəzərdə tutan Prezident demişdir: “Dolaşıqlıq yaratmaq lazım deyildir. Başqalarının etdiklərini təkrarlamağa ehtiyac yoxdur, biz müstəqil Türkmənistanıq. Xalqa məsələnin həllinin asan yolunu təklif etmək lazımdır, onda mobil telefondan hamı istifadə edəcəkdir”.
Dövlət başçısı bu məqsədlə milli mobil rabitə operatoru üçün illik 250 min manat \b dollar məbləğində abonent ödənişinin tətbiqini təklif etmişdir. Niyazov demişdir: “Adamlar dəqiq biləcəklər ki, telefon alıb ildə 250 min manat ödəyəcəklər. Daha heç nə lazım deyildir”.
Rabitə naziri Rəsulberdı Xocaqurbanovun sözlərinə görə, milli mobil rabitə operatorunun xidmətləri xarici operatorla müqayisədə ucuzdur. Hazırda 6,7 milyon nəfərdən çox əhalisi olan Türkmənistanda təqribən 110 min nəfər mobil rabitə istifadəçisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]