TÜRKMƏNİSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAPARMURAD NİYAZOVA
Hörmətli Saparmurad Atayeviç,
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və dost Türkmənistan xalqını səmimi qəlbdən təbrik edirəm.
Şadam ki, bu gün Sizin rəhbərliyinizlə suveren Türkmənistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai və iqtisadi həyatın bütün sahələrində dəyişikliklərin həyata keçirilməsi yolu ilə inamla irəliləyir.
Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında dostluq münasibətlərinin, mehriban qonşuluğun və əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi xalqlarımızın mənafelərinə, regionda sülh və sabitlik işinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Türkmənistan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2002-ci il.