Türkmənistan ÜST-ə regional epidemiologiya mərkəzi yaratmağı təklif edib
Aşqabad, 16 noyabr, AZƏRTAC
Türkmənistan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlığa dair yol xəritəsi layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ÜST-nin Avropa regionunda fövqəladə hallar üzrə regional direktoru Dorit Nitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Türkmənistan tərəfinin bir sıra təşəbbüsünü qonaqların diqqətinə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkmənistan tərəfi Mərkəzi Asiya Regional Epidemiologiya, Virusologiya və Bakteriologiya Mərkəzinin yaradılması, həmçinin Türkmənistanda Epidemiologiya, Virusologiya və Bakteriologiya Elmi-İstehsalat Mərkəzinin tikilməsini təklif edib.
Tərəflər əməkdaşlığın yol xəritəsi layihəsi ətrafında fikir mübadiləsi aparıb, birgə razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə mütəmadi görüşlərin yüksək səviyyədə təşkili məsələləri müzakirə olunub.
Mətbuat xidmətinin məlumatına görə, Regional Epidemiologiya Mərkəzinin layihəsinin planlaşdırılması və inkişaf etdirilməsi zamanı "vahid səhiyyə" konsepsiyasının tətbiqi, səhiyyə informasiya bazasının inkişafı və "rəqəmsal tibb" təklifləri də müzakirə olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]