Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkün qəhrəmanlıq dastanı - Çanaqqala

Çanaqqala, 13 mart, Turan Teymurov, AZƏRTAC

Yolumuz Bakı Beynəlxalq Aeroportundan qardaş Türkiyəyədir. Təyyarə ilə üç saatlıq yolçuluqdan sonra İstanbul yeni hava limanına eniş edirik. 2018-ci ildə istifadəyə verilən bu limanda sərnişinlər üçün hər cür şərait yaradılıb və pandemiya qaydalarına ciddi əməl olunur. Özümüzü doğma Vətənimizdə olduğu kimi hiss edirik.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və bu qurumun nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən media-turun məqsədi pandemiya dövründə ölkə turizmi, eləcə də bu bölgənin gəzməli-görməli yerləri ilə tanışlıqdır.

Martın 15-dək davam edəcək media-turda Azərbaycanla yanaşı, Ukrayna, Bolqarıstan, Serbiya, Bosniya-Herseqovina, Xorvatiya və digər ölkələrdən olan jurnalistlər də iştirak edir.

Hava limanında bizi Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin əməkdaşları qarşılayır və avtobusla Türkiyənin Frakiya adlanan Avropa hissəsi ilə Genibolu yarımadası boyunca Çanaqqala şəhərinə yola düşürük.

Avtobusda bələdçilər Berkan Taşan rus, Yeşim Çözeli türk və Arzu Toraman ingilis dilində yolboyu bizi bölgə ilə tanış edirlər.

Qədim keltlər şəhəri - Gelibolu

Yarımada Çanaqqala əyalətinə daxil olan Gelibolu və Eceabat rayonlarının ərazisinə daxildir. Türkiyənin şimal-qərbində yerləşən yarımada, həm də ölkənin Avropa və Asiya qitələrinin kəsişmə nöqtəsindədir. Şimalda dar Bolayır keçidi ilə Trakyaya bağlanır. Kiçik Asiyanın qərbə uzanan ən son ərazisidir.

Bölgənin tarixi barədə məlumat verən Yeşim Gözeli qeyd edir ki, Gelibolunun nə vaxt və kimlər tərəfindən qurulduğu bilinməsə də, qəsəbənin keçmişinin Troya kəndi qədər qədim olduğu güman edilir. Bölgənin keçmiş adı "Kritote"dir. Qədim dövrlərdə burada keltlər məskunlaşdığı üçün qədim yunan dilində "Qalliopolis" adlanırdı, yəni keltlər şəhəri. Həmin adı türk dilinə Gelibolu olaraq tərcümə ediblər.

Yolumuz Tekirdağ şəhərindən keçir. Bələdçimiz buranın köftəsinin dadı ilə tanındığını söyləyir və bizləri də qonaq edir. Dana ətindən hazırlanan köftə heyvanın öz yağında bişirilir və bura gələn qonaqların ən sevdiyi təamlardan biridir. Biz də xüsusi ləzzət və iştaha ilə türk mətbəxinin bu ləziz təamından dadırıq.

Gelibolu bölgəsi özünün keyfiyyətli şərabları ilə də tanınır. Burada əsasən fransız üzüm sortları yetişdirilir. Həmin üzüm sortlarında istehsal olunan şərablar daxili bazarlarda satılmaqla yanaşı, xarici bazarlara da çıxarılır.

...Biz Çanaqqala boğazına çatanda hava qaralmışdı. Səfərin proqrama uyğun olaraq, burada olduğumuz iki gün ərzində Çanaqqala şəhərindən 10 dəqiqəlik məsafədə yerləşən məşhur “Kolin” otelində gecələməliydik. Bunun üçün Eceabaddan feribot vasitəsilə Dardanel boğazını keçməliyik. Diqqətimizi hazırda boğaz üzərində tikintisi davam etdirilən Türkiyənin Asiya hissəsini Avropa ilə birləşdirən böyük körpü cəlb edir. 2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə körpünün inşasının başa çatdırılması nəzərə tutulub.

Bir müddət gözlədikdən sonra bərəni adlayaraq otelə yollanırıq. Növbəti gün bizi tarixi Assos şəhəri ilə tanışlıq və Çanaqqala Şəhidliyi abidəsini ziyarət gözləyirdi...

Assos şəhəri ilə tanışlıq

Assos şəhəri Çanaqqalanın Avyacık qəsəbəsinin 17 kilometr cənubunda yerləşir. Tarixi məkanla tanışlığımız yağışlı və küləkli bir günə təsadüf edir.

Dəniz, yolboyu göz işlədikcə uzanan yaşıllıqlar, səliqə ilə salınmış bağ sahələri, tarlalar, şam və zeytun meşəlikləri sanki bu yerlərə yaşıl qırçından don biçib. Təbiət bu yerlərdən heç nəyini əsirgəməyib. Buradakı gözəllikdən duyğulanmamaq, zövq almamaq mümkün deyil.

Bələdçimiz bölgənin özəllikləri haqqında məlumat verir. Onun dediyinə görə, Türkiyənin bu füsunkar bölgəsi üçün havanın küləkli olması xarakterikdir: “Külək sanki bölgəyə ruzi-bərəkət gətirir. Bura dünyanın müxtəlif ölkələrindən çoxlu turist gəlir. Əvvəllər daha yaxın, qonşu ölkələrdən gələn turistlər üstünlük təşkil edirdisə, son 15-20 ildə uzaq ölkələrdən də bu tarixi məkana üz tutanlar çoxalıb”.

Ötən il dünyanı bürüyən pandemiya ilə əlaqədar olaraq bölgəyə üz tutan turistlərin də sayı xeyli azalıb. Dövlətin ümumbəşəri fəlakətlə əlaqədar gördüyü tədbirlər nəticəsində virusun qarşısının alınmasında uğurlar əldə edilib. Bütün bunlara baxmayaraq, bu il bölgə turizminin dirçəldilməsi, daha çox turist cəlb olunması ilə bağlı bəzi vacib addımlar atılır.

Yolboyu keçdiyimiz yerlər barədə çoxlu maraqlı məlumatlar verən bələdçimiz onu da diqqətə çatdırır ki, heyvandarlıq və əkinçiliklə məşğul olan Ezinə qəsəbəsi dadlı pendiri ilə tanınır. Qəsəbədən yolu düşən hər kəs özünü pendirin dadına baxmaqdan saxlaya bilmir və elə həmin təamın təsiri ilə də özü ilə sovqat alıb aparır. Bölgədə istehsal olunan pomidor və zeytun yağları da çox sevilir.

Budur, bizi aparan avtobus Behram kəndindəki tarixi Assos şəhərinə yaxınlaşır. Kəndin girişində avtobusdan enərək yuxarıya doğru qalxırıq. Qarşımızdakı evin üzərində Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağının da dalğalandığını görmək qəlbimizdə xoş duyğular oyadır...

Antik Assos şəhərinin tarixi eramızdan əvvəl I minilliyin əvvəllərinə təsadüf edir. Osmanlı dövləti qurulandan və bu ərazilərdə türklər məskunlaşandan sonra yaşayış məntəqəsi başqa istiqamətdə inkişaf edib və Bəhramqala kəndi meydana çıxıb. Şəhər sönmüş vulkanik bir təpədə, andezit qayalar arasında və dənizdən 236 metr yüksəklikdə inşa edilib. Ətrafda bol olan andezit daşından şəhərin inşasında istifadə edilib. Şəhərin ən möhtəşəm ünvanı isə üstündə tikilən Athena Tapınağıdır.

Akropolisin şimalında isə qayalıqlar üzərində Xudavəngidar camisi inşa edilib. İnşasında antik daşlardan istifadə olunan bu caminin 1362-ci il I Murad Xudavəngidar tərəfindən bölgə Osmanlı torpaqlarına daxil ediləndən sonra XIV əsrin ikinci yarısında inşa edildiyi bildirilir.

Çanaqqala Şəhidləri abidəsini ziyarət

Tanışlıqdan sonra günün ikinci yarısı Çanaqqala Şəhidləri abidəsini ziyarət etməyə yollanırıq. Yenidən Dardanel boğazından qarşı sahilə adlayırıq.

Onu da qeyd etməyə dəyər ki, özündə tarixi və müxtəlif mədəniyyətlərin izlərini yaşadan bölgə strateji mövqeyə malikdir. Tarixdə bir çox qanlı savaşlara şahidlik etməsi də elə buradan qaynaqlanır...

Məzarlıqda Çanaqqala zəfərini yazan bütün şəhidləri sevgi, sayğı və minnətdarlıq hissi ilə anırıq.

1915-ci ilin bаhаrındа bаşlаnаn Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı sаvаşlаrdаn biri kimi iz qoyub. Bu döyüşlərdə Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə göstərdi. Elə bu qədər də düşmən ordusunun itkisi olub. İllər ötəndən sonra Çanaqqala savaşı bir dаstаnа dönüb. Dаstаndаkı qəhrəmаnlаrdаn biri də yanındakı topçuların hamısı şəhid оlаrаq tək qalan Seyid çavuşdur...

...Düşmən gəmisi bоğаzа yaxınlaşırdı. Gəmi bоğаzа girərdisə, Аnаdоlunun taleyi həll оlunаcаq və düşmən İstanbulu işğal edəcəkdi. Seyid çavuş isə tək idi. Аtmаğа 276 kiloqramlıq bir top mərmisi qalmışdı. Bu mərmini bir nəfərin götürüb topun lüləsinə qoyması qətiyyən аğlаbаtаn deyildi. Аmmа Seyid çavuş ona bu qeyri-adi gücün haradan gəldiyini özü də bilmir və о, bu mərmini bir аndа götürərək topun lüləsinə qoyaraq atəş аçır. Atəş gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qаçmаsınа səbəb olur.

Çanaqqala Şəhidləri Abidəsi 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşlərində həlak olan türk əsgərlərinin xatirəsini əbədiləşdirib. Abidənin təməli 1954-cü ildə qoyulub və 1960-cı ildə isə tikintisi başa çatıb.

Burada təxminən 56 min simvolik olaraq salınmış məzar var və onların hər birinin üzərində bu torpaqlarda 20-yə yaxın şəhid düşmüş əsgərin adı, soyadı, atasının adı, doğum tarixi həkk olunub. Bu torpaqların hər qarışı şəhid qanı ilə suvanıb. Türkiyənin tanınmış şairi Necmettin Halil Onanın "Bilmeden gelip bastığın bu toprak" şeirində dediyi kimi:

Dur yolcu! Bilmeden gelip bastığın

Bu toprak, bir devrin battığı yerdir.

Eğil de kulak ver, bu sessiz yığın

Bir vatan kalbinin attığı yerdir.

Bu ıssız, gölgesiz yolun sonunda

Gördüğün bu tümsek Anadolu'nda,

İstiklal uğrunda, namus yolunda

Can veren Mehmed’in yattığı yerdir.

Məlumata görə, Çanaqqala savaşında 3 minə yaxın azərbaycanlı türk qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı döyüşərək şəhid olub.

Çanaqqala Şəhidliyinin qarşısında qoyulmuş bu torpaqların azadlığı uğurundakı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş azərbaycanlıların əziz xatirəsi ilə bağlı lövhə bizi xüsusilə qürurlandırdı. Lövhənin yuxarı hissəsində Azərbaycan və Türkiyə bayraqları asılıb.

Məzarlıqda diqqətimi soydaşımız Zeynalabdin oğlu Məşədi Əlinin (Zeynel Abidin oğlu Meşhet Ali 57.Alay-er-Bakü Azetbaycan 1877-23.05.1915) yazılmış lövhə cəlb etdi.

Azərbaycanlıların türk ordusu sıralarında müxtəlif cəbhələrdə, o cümlədən Çanaqqalada döyüşmələri bir daha təsdiq edir ki, hətta müstəqil dövlətləri olmadığı və çarizm istibdadı altında inlədikləri dövrdə də azərbaycanlılar türk qardaşlarının yanında olmuş, Türkiyənin ərazi bütövlüyü uğrunda onlarla bir yerdə, bir cəbhədə, bir səngərdə döyüşmüşlər. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının əzəli və əbədi olduğunu sübut edir...

Ona yaxın ölkəni təmsil edən jurnalistlərin Türkiyə səfəri davam edir.

Bakı-Çanaqqala-İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib