Uçuş təhlükəsizliyi standartları üçün Vyana hava limanında testlər aparılacaq
Vyana, 15 iyun, AZƏRTAC
Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) hava nəqliyyatında COVID-19 pandemiyası ilə əlaqədar uçuşların beynəlxalq təhlükəsizliyi standartlarını hazırlayır.
AZƏRTAC xəbər verir ki, agentlik standartların hazırlanması üçün tələb olunan praktik təcrübənin Vyana beynəlxalq hava limanında toplanmasına qərar verib. Vyana hava limanında artıq çox sayda təhlükəsizlik tədbirlərinin görülməsi, hazırlanan yeni konsepsiyalar və hava limanının müntəzəm uçuşlar üçün açılması agentliyin bu aeroportu da testlər üçün seçməsinə səbəb olub. Burada əldə olunan təcrübə gələcək aviasiya təhlükəsizliyi qaydalarının formalaşmasında rol oynayacaq.
Agentliyin bu yaxınlarda hazırladığı və təhlükəsiz səfərlər üçün tövsiyələrdən ibarət “EASA xartiyası“ Vyana hava limanının rəhbərliyi tərəfindən imzalanıb. Vyana hava limanın direktoru Yulian Yeqer bildirib ki, rəhbərlik etdiyi aeroport Avropada COVID-19 standartlarının hazırlanmasında nümunəvi rol oynamağa çalışacaq. Vyana hava limanı ilə yanaşı, London Hitrou, Paris Şarl de Qoll, Frankfurt və Münxen hava limanları da test mərhələsində iştirak edirlər.
EASA-dan bildirilib ki, ənənəvi səyahət sərbəstliyinə qayıda bilmək məqsədilə hava nəqliyyatında səmərəli qoruyucu tədbirlər üçün beynəlxalq standartlara ehtiyac var və EASA bu standartların hazırlanması üzərində çalışır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]