UEFA Avropa Liqası: “Qarabağ” klubu birinci pillədə yer alıb
Bakı, 4 oktyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.
AZƏRTAC yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, ilk onluqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Son 4 matçda qələbə qazanan Ağdam təmsilçisi birinci yerdə qərarlaşıb.
Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Qarabağ” keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]