UEFA Konfrans Liqası: "Lester Siti" yarımfinala vəsiqə qazanıb
Bakı, 15 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 14-də futbol üzrə UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin cavab oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, gecənin ilk matçında İngiltərənin "Lester Siti" klubu Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.
Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. Matçın 77-ci dəqiqəsində Ceyms Meddison tarazlığı bərpa edib. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Rikardu Pereyra "Lester Siti"ə qələbə qazandırıb. İngiltərədəki ilk görüşdə hesab açılmamışdı.
"Lester Siti" yarımfinalda "Budyo-Qlimt" (Norveç) - "Roma" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]