UEFA Konfrans Liqası: "Roma" yenə uduzdu
Bakı, 8 aprel, AZƏRTAC
Futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, görüşlərin hamısı eyni gündə keçirilib. "Slaviya" (Praqa) Niderlandda "Feyenoord"la bərabərə qalıb 3:3. PSV "Lester"in qonağı olub və qolsuz heç-heçə edib.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu doğma meydanda Yunanıstanın PAOK komandasını 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.
Turnirin favoritlərindən İtaliyanın "Roma" klubu Norveçdə "Budyo-Qlimt"ə uduzub - 1:2. Bu komandalar eyni qrupda mübaizə aparıb. Hər iki görüşdə Norveç təmsilçisi məğlub olmayıb (6:1, 2:2).
İngiltərədənın "Lester Siti" və Niderlandın PSV komandası arasında baş tutan görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Dörddəbir final mərhələsinin cavab matçları aprelin 14-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]