UEFA KUBOKU TURNİRİNİN YARIMFİNALÇILARI MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da futbol üzrə UEFA kuboku turnirinin dörddəbir final mərhələsinin cavab görüşləri keçirilmiş və aşağıdakı kimi nəticələnmişdir: “Zenit” (Rusiya)- “Bayer-04” (Almaniya)- 0:1, “Sportinq” (Portuqaliya)- “Qlazqo Reyncers” (Şotlandiya) - 0:2, PSV “Eyndhoven” (Hollandiya) - “Fiorentina” (İtaliya) - 0:2, “Xetafe” (İspaniya) - “Bavariya” (Almaniya) - 3:3.
Ən maraqlı oyun “Xetafe” və “Bavariya” arasında olmuşdur. Görüşün əsas vaxtı, ilk görüşdə olduğu kimi, 1:1 hesabı ilə bitdiyindən hakim 30 dəqiqəlik əlavə vaxt təyin etmişdir. İspanların 3:1 hesabı ilə irəli çıxmasına baxmayaraq, almanlar son 5 dəqiqədə 2 top vurmuşlar. “Bavariya” özgə meydançasında daha çox top vurduğuna görə yarımfinala vəsiqə qazanmışdır və finalda oynamaq uğrunda aprelin 24-də və mayın 1-də Sankt-Peterburqun “Zenit” klubu ilə iki dəfə qarşılaşacaqdır.
Digər yarımfinalda “Qlazqo Reyncers” və “Fiorentina” komandaları görüşəcəklər.
Final oyunu mayın 14-də İngiltərənin Mançester şəhərində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]
Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb
- 05.06.2026 [10:27]
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
- 05.06.2026 [10:03]