Ukrayna Britaniyanı rusiyalı raket istehsalçılarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Bakı, 18 iyun, AZƏRTAC
Ukrayna Böyük Britaniyadan Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqini istəyir ki, bu da raket istehsalçılarına təsir göstərməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Ukrayna Prezidenti Ofisinin müşaviri Vladislav Vlasyuk “The Observer”ə bildirib ki, Kiyevin fikrincə Qərbin sanksiya siyasətinin hədəfinə çevrilməli olan altı Rusiya müəssisəsi və elmi-tədqiqat institutunun siyahısı Britaniyaya təhvil verilib.
Nəşrin məlumatına görə, Ukrayna kəşfiyyatının məlumatları göstərir ki, son aylar Rusiya raket istehsalını iki dəfə artırıb. Ona görə də Kiyev bu işlə bağlı olan, lakin hələ də qara siyahıya düşməyən hüquqi şəxslərə qarşı məhdudiyyətlərin tətbiqini prioritet hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]